Xatirə İslamın bacısı oğlu əməliyyatdan sonra - FOTO
Bizi izləyin

Tabloid.az

Xatirə İslamın bacısı oğlu əməliyyatdan sonra - FOTO

Müğənni Xatirə İslamın qəzaya düşən bacısı oğlu əməliyyat olunub.


6 yaşlı İlham Əliyevin anası Günel Əzizova Teleqraf.com-a açıqlamasında bildirib ki, oğlunun vəziyyəti normaldır:


“Oğlum mayın 13-də Nəsrəddin Tusi adına Klinikada sol bud və sol bazu sümüyündən əməliyyat olundu. Əməliyyat 2,5 saat davam edib. Sağ olsun, travmatoloq Araz doktor, əməliyyatı uğurla başa vurub. Onu da deyim ki, oğlum 2 aydan sonra yenidən əməliyyat olunacaq. Ayağına qoyulan mil çıxarılacaq”.
Hazırda başındakı zədələrdən müalicə alan balaca İlham Əliyev mayın 16-da evə buraxılıb.


Xatırladaq ki, bu ayın əvvəlində müğənni Xatirə İslamın bacısı oğlu İlham Əliyevi avtomobil vurmuşdu. Nəticədə 6 yaşlı uşaq ciddi kəllə-beyin zədəsi almışdı. Həçminin onun sol bud və bazu sümüyü sınmışdı.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm