Tabloid.az
Asan yolla şöhrət qazananlar – FOTOLAR
Elə bir dövrdə yaşayırıq ki, artıq hər bir insan 5 dəqiqə də olsa şöhrət olmağın necə hiss olduğunu yaşaya bilir. Bunda sosial şəbəkələrin də rolu böyükdür.
Bir qrup insan da var ki, xüsusi bacarığı, istdedadı olmasa da, dünyada tanınıb. Üstəlik, bu şöhrət 5-10 dəqiqəlik yox, qalıcı olub. Bacarığı az, populyarlığı çox olan bu məşhurlar böyük sərvət qazanıb cah-calal içində yaşayırlar.
Tabloid.az asan yolla şöhrət qazanmışları
təqdim edir:
Bu günlərdə xarici KİV-lərdə ən çox xəbəri çıxan məşhur Kortney Stoddendir. Sizcə, atdığı hər addımı xəbərə çevrilən bu xanımın məşhur olmasının səbəbi nədir? Onun hər hansı fövqəl bacarığı yoxdur. Kortney hələ 16 yaşında ikən atasından bir neçə yaş böyük olan aktyor Dak Hatçison ilə evləndikdən sonra tanınmağa başlayıb. Gündəmdən düşməyə başlayanda isə ərindən boşanaraq yenidən diqqəti üzərinə çəkməyi bacarıb.
Blandi Qlanvil də asan şöhrət qazananlardandır. Əri Eddi Kibrian başqa bir qadın üçün onu tərk edəndən sonra tanınmağa başlayıb. Daha sonra da Lean Rimes ilə evlənərək şöhrət pilləkənlərini pillə-pillə qalxıb. Alkoqolizmdən əziyyət çəkməsi də onun uzun müddət gündəmdə qalmasına xidmət edib.
Eva Mendesin şöhrət qazanmasına səbəb gözəlliyi olub. O, bir çox
filmlərdə rol alsa da, aktrisalığını bəyənənlərin sayı azdır. Onsuz
da Mendes rol aldığı filmlərdə aktrisalıq bacarığından çox,
gözəlliyini nümayiş etdirir.
Elə gün olmur ki, mətbuatda Kim Kardaşyanla bağlı xəbər
çıxmasın. 2007-ci ildə ailəsi ilə birgə hazırladığı “Keeping Up
With Kardashians” şousu ilə tanınan Kim gündəmdən düşmək bilmir.
Ailəsi də özü kimi gündəmdə qalmağı bacarır və atdıqları hər addımı
pula çevirirlər. Kimin şöhrət qazanmağında ən çox da iri
ombalarının rolu olub. Hazırda isə müğənni Kenya Uest ilə baş
tutatn toyu ilə gündəmdədir.
Keyt Middlton İngiltərə şahzadəsi ilə evlənməsəydi, onu heç kim tanımayacaqdı. Amma indi nağıllardaki kimi bir həyat yaşayır və bütün dünyadakı gənc qızlar onun hər addımını izləyir, geyimlərini təkrarlamağa çalışırlar.
12 yaşında bir yarışmada iştirak edən və anasının “Youtube”-yə
yüklədiyi videolarla məşhurlaşan Casytin Biber hazırda ən çox gəlir
əldə edən gənc müğənnidi. Bir çox uğurlara imza atsa da, onun
musiqi tərzi və davranışları o qədər də bəyənilmir. Gənc qızlar isə
bu fikirdə deyil.
Model, müğənni, aktrisa, stilist – Paris Hilton. Əslində, onun hər hansı işlə məşğul olmasına ehtiyac yoxdur. Atasının ona qoyduğu miras ömrünü cah-calal içində başa vurmasına bəs edər. Rol aldığı filmlər ən pis filmlər nominasiyasında yer tutsa da, onun müğənniliyi və aktrisalığı amansız tənqidlərə məruz qalsa da, Hilton gündəmdə qalmağı və işləməyi sevir.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ