Günay Tolqa Korellə ayrılıb? – FOTO
Bizi izləyin

Tabloid.az

Günay Tolqa Korellə ayrılıb? – FOTO

Son vaxtlar adı həyat yoldaşı tanınmış türk aktyoru Tolqa Koreldən ayrılması ilə bağlı söz-söhbətlərdə hallanan həmyerlimiz, model Günay Musayevadan xəbər var.

Publika.az-ın məlumatına görə, cazibədar modelin rəfiqələri və həyat yoldaşı Tolqa ilə birgə çəkdirdiyi fotosu yayılıb. Türkiyədə restoranların birinin açılış mərasimində çəkilən fotoda Tolqa ilə Günay yanaşı oturub.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatında cütlüyün ayrılması ilə bağlı xəbərlər yayılmışdı. Gəzən söz-söhbətlərə görə, ayrılmaya səbəb Tolqanın ailəsinə baxmaması və gecə həyatı yaşamasıdır. Bununla belə, Günay hər vəchlə şayiələri rədd edirdi.

Cütlüyün Cahangir adlı bir övladları var.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm