Diplomatik Star” jurnalı Mehriban Əliyevadan yazdı
Bizi izləyin

Tabloid.az

Diplomatik Star” jurnalı Mehriban Əliyevadan yazdı

Pakistanın nüfuzlu “Diplomatik Star” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın həyat və fəaliyətindən bəhs edən məqalələr dərc edilib.

Məqalələrdə, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyat və fəaliyyəti geniş yer alıb. Yazıda Heydər Əliyev fondu tərəfindən görülən işlərlə bağlı məlumatlar verilir. Bu işlər sırasında Qəbələ beynəlxalq musiqi festivalı, məşhur Azərbaycan musiqi ustalarının albomlarının buraxılması, Nəsrəddin Tusinin” Əxlaqi-Nasir” kitabının dərc edilməsi, türk dünyası üçün xüsusi önəm kəsb edən “Kabusnamənin” Azərbaycan və Rus dillərində nəşr edilməsi, Muğama aid bir sıra nəşrlərin dərc olunduğu vurğulanır.

Nəşrdə, həmçinin Mehriban Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü bildirilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanılması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunub. Onların sırasında Pakistanın “Benzair Bhutto” adına mükafat da var.

Urdu dilində dərc edilən yazının əksər hissəsi isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda icra edilən layihələrə ayırılıb. Qeyd olunur ki, 2007-ci ildə zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi inşa edilib və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban Əliyevanın adı verilib. Eyni zamanda Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrində bir sıra layihələrin icra edildiyi oxucuların diqqətinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm