Tabloid.az
Azərbaycanlı cazmen Kannda çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı,
2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi olmuş
əməkdar artist İsfar Sarabski Kannda keçirilən MIDEM Beynəlxalq
festivalında iştirak edib.
Publika.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun
rəsmi saytı xəbər verir.
Azərbaycanlı cazmenin solo konserti şəhərin məşhur "Majestic
Bariere" hotelinin "Diane" salonunda təşkil olunub. İsfar Sarabski
konsertdə P.Çaykovskinin, V.Mustafazadənin əsərləri ilə yanaşı, öz
kompozisiyalarını da ifa edib.
Konsertdə Kann bələdiyyəsinin rəsmiləri, şəhər ictimaiyyətinin
nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak
ediblər.
Konsert zamanı Heydər Əliyev Fondu tərəfindən çap olunmuş, klassik,
muğam, caz və pop musiqi janrlarından bəhs edən kitablar və
broşürlər, həmçinin gənc cazmenin diskləri tamaşaçılara təqdim
olunub.
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu