Tabloid.az
7 tip insanlardan uzaq durun
1. "Tənqidçilər"
Siz nəyi cazibəli və maraqlı görürsünüzsə, onlar bunu eybəcər və
maraqsız görürlər. Siz özünüzçün nəyi perspektivli görürsünüzsə,
onlar bunu mənasız bir şey kimi görürlər. Onlar həmişə mübahisə
etməyi sevirlər və həmişə haqlı olduqlarını düşünürlər. Bununla
razılaşmayanları isə "axmaq" adlandırırlar.
Niyə təhlükəlidirlər: Onlar dünyanı özlərinə uyğunlaşdırmaq
istəyirlər, əsas da ətrafındakılardan başlayırlar. Onlar başa
düşmürlər ki, dünya onların "dəyərli" fikirləri olmadan da
maraqlıdır və hər kəsin fikri unikaldır. Onlar öz sonsuz
mübahisələrindəki neqativlə "qidalanırlar".
2. "Narsistlər"
Onlar özlərini o qədər sevirlər ki, dünyanın onların ətrafında
döndüyünü düşünürlər. Onlar manipulyator olduqları qədər ağıllı
deyillər və istəyirlər ki, dünya onların ayaqlarına yatsın. Adətən
belə insanlara demək istəyirsən: "Sən kainatın mərkəzi
deyilsən!".
Niyə təhlükəlidirlər: Onlar özlərindən ötrü "ölürlər" və yalnız
onlara sərf edən şeylərin olmasını istəyirlər. Sizin maraqlarınız
onlar üçün tamamilə önəmsizdir. Əgər bu tip insanlar sizin hansısa
marağınızı dəyərli görürsə, deməli, burada onun marağı var. Onlar
sizin onlara dəyər verdiyinizi görən kimi sizdən istifadə etməyə
başlayırlar və elə düşünürlər ki, bu, belə də olmalıdır. Bir də
özlərini heç vaxt günahlandırmır və mələk kimi görürlər.
3. Pessimistlər
Bunlar həyatlarında olan yaxşı şeyləri də qiymətləndirə bilmirlər.
Əgər siz desəniz ki, bu gün hava çox gözəldir, onlar: "nəyi
gözəldir, kaş filan cür olaydı" deyərlər. Əgər siz məsələn,
magistratura imtahanının 1-ci mərhələsini keçdiyinizə
sevinirsinizsə, onlar deyəcəklər: "nə bilirsən ki, 2-cisindən də
kecəcəksən?".
Niyə təhlükəlidirlər: bu insanlar öz mənfi
enerjiləri ilə sizin xoşbəxtliyinizi oğurlayarlar. Bu adamlarla çox
ünsiyyətdə olsanız, həyatınız maraqsızlaşacaq.
4. Manipulyatorlar
Bu insanlar başqalarını idarə etməkdə mütəxəssisdirlər. Bunlar
adamın zəif yerini asanlıqla tapır və insanları yönəltmək üçün hara
zərbə endirəcəklərini yaxşı bilirlər.
Niyə təhlükəlidirlər: Bu insanlarla ünsiyyət sizin inanclarınızı
qıra və özünüzə hörmətinizi zədələyə bilər. Onlar sizin
istəmədiyiniz şeyi də sizə etdirə bilirlər. Bu da sizin
şəxsiyyətinizi öldürər. Siz bu insanların prioritetləri ilə
yaşayırsınız.
5. "Arzu öldürənlər"
Hər dəfə sizin arzularınız meydana gələndə onlar sizə bunun
mümkünsüzlüyünü təlqin edirlər. Onlar sizi həmişə aşağı
çəkirlər.
Niyə təhlükəlidirlər: Onlar asanlıqla sizin özünəinamınızı sındıra
bilərlər. Onlar özlərini realist sayırlar, halbuki bu realistlikdən
uzaqdır, onlar gələcəyə inamı öldürürlər.
6. İkiüzlülər
Süni insanlar... Məsələn, siz gülməli nə isə danışırsız, onlar
süni-süni gülürlər, amma siz bunun süni olduğunu hiss edirsiniz.
Sizə sizi sevdiklərini desələr də, arxanızca sizin axmaq olduğunuzu
deyirlər və s.
Niyə təhlükəlidirlər: bunu hiss etsəniz, onlardan uzaq durun, çünki
sizin həqiqətən ehtiyacınız olanda onlar yanınızda
olmayacaqlar.
7. Hörmətsizlər
Onlar sizin fikirlərinizə əsla hörmət etmir, həmişə sizi özlərindən
aşağıda görürlər. Sizin edəcəyiniz hər hərəkətin yersiz oluğunu,
səhv olduğunu təlqin edirlər. Özü də bunların elə enerjisi var ki,
sizi məhv edər və həqiqətən də sizə sizi "heç" kimi hiss
etdirər.
Niyə təhlükəlidirlər: bu insanlar əsla nəyinsə, sizin xətrinizə
dəyəcəyini düşünməzlər. Onlar istədikləri anda, istədikləri yerdə
sizi pərt edərlər.
Əgər sizdə bu 7 tip insandan uzaq durma imkanı varsa, dərhal
uzaqlaşın. Həyat qısadır və bunlar kimi lazımsız adamlarla onu
ləkələtməyin. Bu insanlar yenə də bu saydığımız neqativ şeylərin
hamısını kimlərəsə tətbiq edəcəklər, daima bu işlərinə davam
edəcəklər. Odur ki, uzaqlaşmanız birmənalı şəkildə Sizin öz
xeyrinizədir.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."