• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zaur Kamal Zöhrə Abdullayeva ilə üz-üzə - NARAZILIQ

Zaur Kamal Zöhrə Abdullayeva ilə üz-üzə - NARAZILIQ

Tanınmış müğənni, əməkdar artist Zöhrə Abdullayeva teleaparıcı Zaur Kamalın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müğənni Publika.az-a açıqlamasında bildirib ki, Zaur Kamalın aparıcısı olduğu “Ay Zaur” verilişinin başqa bir adamın evində baş tutmasıyla bağlı dedikləri həqiqətəuyğun deyil: “Mənim evimdə kömək edənim yoxdur. Amma oğlumun evində işlərinə yardım edən insan var. Ona görə belə razılaşdıq ki, çəkiliş oğlumgildə olsun.

İndi Zaur niyə belə deyir, başa düşmürəm?! Axı özü də bilir ki, ora mənim oğlumun eviydi. Niyə başqasının evi olur ki?”

Qeyd edək ki, Zaur Kamal Publika.az-a açıqlamasında bildirib ki, bəzi müğənnilər verilişə öz evlərində deyil, dost-tanış evində, villasında çəkilirlər və həmin evləri özlərininki kimi təqdim edirlər: “Əməkdar artist Zöhrə Abdullayevanın öz evində çəkiliş etmədik. Digər bir əməkdar artist Eyyub Yaqubovun da çəkilişi başqa bir adamın evində baş tutdu. Amma həmin evi onların öz evləri kimi təqdim etdik. Yəqin, evləri balaca idi, ya da heç yox idi, bilmirəm”.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR