“Xarı Bülbül” filmə köçdü - FOTO
Bizi izləyin

Tabloid.az

“Xarı Bülbül” filmə köçdü - FOTO

Mini Cinema Klubda “Unudulmaz Tarixim” adlı layihə çərçivəsində hazırlanan, “Xarı Bülbül” çiçəyindən bəhs edən qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, təqdimat mərasimində yaradıcı gənclər, gənclər təşkilatının nümayəndələri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri iştirak ediblər.

İlk olaraq, “Unudulmaz Tarixim” adlı layihəsinin rəhbəri Orxan Muxtarlı qonaqları salamlayaraq onları layihə haqqında məlumatlandırıb. Qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaqdan ibarətdir. Layihə çərçivəsində çəkilən və hazırlanan qısametrajlı film Şuşa və Qarabağın simvollarının, adət-ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və film şəklində yaddaşda saxlanılmasına xidmət göstərir.

Sonra “Xarı Bülbül” çiçəyi haqqında olan qısametrajlı film iştirakçılara təqdim olundu. Film dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağın adı ilə birgə çəkilən Şuşanın milli simvolu “Xarı Bülbül” çiçəyi barəsindədir.
Sonda təqdimatda iştirak edən qonaqlar filmlə bağlı öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, bu filmin çəkilişlərində rejissor – Pərvin Qorçuyev, operator - Novruz Məmmədoğlu, montajçı - Paşa Nesibov, rəssamı - Lalə Hüseynzadədir, rollarda - əməkdar artist Lətifə Cahandarqızı, Vahid Orucoğlu iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm