• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zirzəmidə yaşayıb, ərinin qanını üzərində gəzdirən aktrisa

Zirzəmidə yaşayıb, ərinin qanını üzərində gəzdirən aktrisa

Anjelina Colinin keçmiş əri, aktyor və musiqiçi Billi Bob Tornton aktrisa ilə birgə yaşayıdığı dövrü “ən dəlisov vaxtlar” adlandırıb.

O, keçmiş arvadı Colidən bəzi şeyləri danışaraq boşanma səbəbini də izah edib.

59 yaşlı Tornton 2000-2005-ci illərdə aktrisa ilə evli olub. Xarici mətbuatın yaydığı məlumata görə, qeyri-adi birgə yaşayış tərzi onun xoşuna gəlməyib. Aktyor deyib ki, o, Anjelina ilə vampir kimi yaşayıblar. Onlar bir-birinin qanını götürərək kulonun içinə damızdırıblar. Cütlük daim bu talismanları boyunlarında gəzdirərək bahalı mülklərinin zirzəmisindəcə yaşayıblar.

Tornton həmçinin bədənlərinə döydürdükləri döymələrdən də söz salıb. Coli və Tornton bir-birinin adını bədəninə döydürüblər, lakin boşandıqdan sonra hər ikisi bu simvolları silməli olub.

Billi Bobun sözlərinə görə, evlilik onun təşəbbüsü ilə pozulub. O deyib: “Bizim əla evliliyimiz vardı, ancaq mən geri çəkildim. Sadəcə, özümü kifayət qədər xoşbəxt hiss etmirdim. Bax belə, nə qalmaqal yarandı, nə də nifrət”.

Qeyd edək ki, Tornton aktrisanın ikinci əri olub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR