“İlan boğazından keçən” qadın – FOTO, VİDEO
Bizi izləyin

Tabloid.az

“İlan boğazından keçən” qadın – FOTO, VİDEO

Amerikanın Nyu-York şəhərinin sakini Kelli Lee Dekay hazırda Amerikanın ən incəbelli qadını hesab edilə bilər. Hətta onu “ilan boğazından keçən” qadın da adlandırmaq olar. Sutkanın 12 saatını belində korset gəzən Dekay 7 il ərzində bu rejimi saxlamaqla belini 40 santimetrə qədər incəldə bilib.

Publika.az-ın məlumatına görə, incə belli xanım İngiltərənin “Sun” qəzetinə müsahibəsində bildirib ki, bir vaxtlar beli nə az, nə çox, düz 76 santimetr olub. O, korset taxan xanımlara məsləhətlərini də əsirgəməyib və deyib ki, belə hallarda ağır əşyalar qaldırmaq olmaz. Əks halda insanın sağlamlığı üçün ciddi təhlükələr yarana bilər. Dekay bildirib ki, məhz buna görə, idman zalına gedərkən korsetdən istifadə etmir.

O etiraf edib ki, onun bu vücudunu bəyənənlər də var. Amma bununla yanaşı, nifrət edənlər də az deyil.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm