Rüfət Axundov: “Instagram”la toy tutmaq mənlik deyil”
Bizi izləyin

Tabloid.az

Rüfət Axundov: “Instagram”la toy tutmaq mənlik deyil”

Müğənni Rüfət Axundov indən belə hər çağırıldığı verilişə getməyəcək.

Publika.az-a bu barədə danışan sənətçi bunun səbəblərini də izah edib: “Qərara aldım ki, hər verilişə getməyim. Artıq belə də edirəm. Bir çox televiziyalar bir neçə dəfə məni verilişlərinə dəvət etdi, amma imtina etdim. Bunun üçün öz səbəblərim var. Mən sənətimlə, yaradıcılığımla əlaqəli sualları cavablandırmaq istəyirəm. Bu gün dəb düşüb, verilişlərin əksəriyyətində məişət məsələlərindən danışırlar. Soruşurlar ki, evin var, gəlib evində çəkiliş edək? Mənim sənətimlə maraqlan, evim kimin nəyinə gərəkdir? Sözsüz ki, hamının başını salmağa evi var, oturmağa divanı var, yeməyə də çörəyi. Amma bunun camaata nə dəxli var axı?”

Rüfət Axundov bəzi həmkarlarından fərqli olaraq, sosial şəbəkələrdə də hesab açmayıb. Dediyinə görə, bəzi həmkarları kimi “İnstagram”la toy tutmaqdan xoşlanmır: ”Onsuz da, toylarım var, həmişə də olub. “Instagram”la toy tutmaq mənlik deyil. Kim məni toyunda görmək istəyirsə, gəlib tapacaq. Bunun üçün sosial şəbəkəyə ehtiyac yoxdur. “Instagram”da yeməyini-içməyini, oturub-durmağını çəkib göstərən insanlar özləri bilər. Mən fərqli xarakterə malik insanam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm