Fatimə Oksanaya acıq verdi – FOTO – QALMAQAL
Bizi izləyin

Tabloid.az

Fatimə Oksanaya acıq verdi – FOTO – QALMAQAL

Rəqqasə Fatimənin Hindistanda yarışmaya qatılıb, ordan mükafatla qayıtması şou aləmdə bəzi söz-söhbətlərə rəvac verib.

Bəzi insanlar Fatimənin bu addımını küsülü olduğu həmkarı rəqqasə Oksanaya acıq verməsi kimi qiymətləndirənlər də tapılıb. Danışılanlara görə, guya Fatimə Oksananın Hindistan uğurunu həzm edə bilmədiyi üçün məhz onun acığına Hindistana gedərək yarışmaya qatılıb. Xatırladaq ki, xeyli vaxtdan bəri hər iki rəqqasə bir-biri ilə küsülüdür və bir-birlərinin ünvanına maqazin proqramlarında o ki var ürəklərini boşaldıblar.

Publika.az-a danışan Fatimə isə bu söz-söhbətlərin əsassız olduğunu bildirib: “Çoxları deiyr ki, guya mən Hindistana məqsədli şəkildə getmişəm, kiməsə acıq vermişəm və s. Yalan söhbətlərdir. Əslində bu yarışmaya mən 6 ay bundan əvvəl dəvət almışdım. Dəvəti qəbul etdim və Hindistana gedib Azərbaycanı layiqincə təmsil etdim. Hihdlilər bizim musiqimizə heyran oldular”.

Fatimə sözarası həmkarı Oksananın bostanını daşlamaqdan da vaz keçmədi: “Mən Hindistana gedib öz Azərbaycanımı milli rəqsimizlə təmsil etmişəm. Bəziləri kimi gedib başqa xalqın musiqisini nümayiş etdirməmişəm”.

Fatimənin bu ittihamı, görünür, iki rəqqasə arasında səngiyən, amma gizlincə davam edən soyuq müharibəni yenidən qızışdıracaq. Qeyd edək ki, Fatimə Oksananın Hindistanda ifa etdiyi və buna görə uğur qazandığı hind rəqsinə işarə edir.

Fatiməyə gəlincə, Hindistanda təşkil olunan “Udbhav international Dance Carnival” rəqs festivalında qalib olan rəqqasə hind tamaşaçılarını "Uzundərə" milli rəqsi ilə heyran edib. O, eyni zamanda, tələbəsi ilə digər milli rəqsləri də nümayiş etdirib.

Oksanaya gəlincə, rəqqasə Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi olub. Oksana Fatimədən fərqli olaraq, hind rəqsi ilə bu qələbəyə nail olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm