Venesiyadan Bakıyadək incəsənət bağları
Bizi izləyin

Tabloid.az

Venesiyadan Bakıyadək incəsənət bağları

İtaliyanın “İl Nodo di Gordio” “beyin mərkəzi”nin saytında “Venesiyadan Bakıyadək incəsənət bağları” sərlövhəli məqalə yerləşdirilib.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, məqalədə Azərbaycan Milli İncəsənət Muzeyinin bərpa işlərinə cəlb olunan italiyalı mütəxəssis Anna Skavezzonun fikirlərinə yer verilib. Muzeyin bərpa işləri ilə bağlı məlumat verən A.Skavezzon Azərbaycanda belə bir önəmli layihədə iştirak etməkdən məmnunluğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın paytaxtı Bakı tarixi abidələrlə zəngindir. Burada UNESCO-nun “Dünya irs siyahısı”na daxil edilmiş bir sıra önəmli abidələr mövcuddur və onların qorunması istiqamətində mühüm işlər görülür.

A.Skavezzon vurğulayıb ki, Azərbaycan ilə İtaliya arasında incəsənət sahəsində birgə layihələr həyata keçirmək üçün yaxşı imkanlar var. Xüsusən müasir incəsənət sahəsində Azərbaycanda araşdırmağa və görməyə dəyər çox maraqlı yeniliklər mövcuddur. O deyib: “Bakı muzeylərlə, teatrlarla olduqca zəngindir. Bu şəhərdə incəsənətin ruhunu hiss etmək üçün hər cür şərait var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm