Tabloid.az
Qarayevin səhhəti pisləşdi - çarəsi Almaniyadadır - ÖZƏL
Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevin səhhətində problemlər yaranıb. Həkimlər atreskleroz xəstəliyindən əziyyət çəkən sənətkarın ayaqlarında təcili əməliyyat olunmasına qərar veriblər.
Bu barədə Publika.az-a aktyorun özü məlumat verib: “İki ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm, amma aparılan müalicələrin heç bir effekti olmayıb. Bir neçə dəfə İrana müalicəyə getdim, ayaqlarımdakı damar problemi aradan qalxmadı. Bakıda Almaniyadan gələn həkimin yanında oldum, o, məni çox qorxutdu. Dedi ki, təcili əməliyyat olunmalısan, əks halda, ayaqlarını itirə bilərsən. O, mənim təcili Almaniyaya gedib, orda əməliyyat olunmağımı tapşırdı. Amma onu da bildirdi ki, bu əməliyyatın qiyməti 13 min avrodur. Hələ viza pulu, yol və digər xərclərini demirəm. Aktyor adamam, mənim bu qədər pulum hardandır. Əslində mən öz həkimlərimizə inanıram. Aktyor həmkarım Rəhman Quliyevin ayaqlarını müalicə edən həkimin yanında oldum. Diaqnostikaya getməliyəm, yeni bir dərman preparatı var, iynə şəklində damara vurulur və bütün bədənə yayılır. Həkimin dediyinə görə, ondan sonra rentgen olunacağam və bütün damarlarım görünəcək. Xəstə damar tapılıb, yenisi ilə əvəzlənməlidir”.
İmkansızlıq üzündən hələ ki bu əməliyyatın ləngidiyini deyən aktyor bu barədə danışmaq istəmədiyini də bildirdi: “Xoşlamıram öz problemlərimlə insanları yorum. Bəzən mənə deyirlər ki, niyə bu barədə heç yerdə danışmırsınız, axı siz Xalq artistisiniz. Deyirəm ki, mən yolçu deyiləm axı, gedib kiməsə ağız açım”.
Qeyd edək ki, Yasin Qarayev Gənc Tamaşaçılar Teatrının səhnəsində və televiziya tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb.
Cəvahir Səlimqızı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO