Tabloid.az
Rusiyada “Min bir gecə” baletinin 35 illiyi qeyd olunacaq
Voronej Dövlət Opera və Balet Teatrı fevralın 19-da böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əfsanəvi “Min bir gecə” baletinin 35 illiyini qeyd edəcək.
Publika.az-ın məlumatına görə, baletin Voronej səhnəsində premyerası 1980-ci ilin fevralında olub. Balet 35 il ərzində Voronej teatrında 400 dəfədən çox oynanılıb.
Balet 1979-cu ildə Azərbaycan Akademik Opera və Balet Teatrında
səhnələşdirilib. Hazırda bu tamaşa Rusiyanın və dünyanın ən böyük
səhnələrində uğurla nümayiş etdirilir.
Baletin bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirov müsahibələrindən
birində deyib ki, “Min bir gecə“ baleti bir çox mənada Voronej
Teatrının təşəbbüsü ilə Azərbaycanın hüdudlarını aşıb.
Bəstəkar və quruluşçu heyət-quruluşçu baletmeyster Nailə Nəzirova, quruluşçu rəssam Toğrul Nərimanbəyov, kostyumlar üzrə rəssam Tahir Tahirov, repetitorlar 1980-ci ildə Bakıdan Voronejə dəvət olunub.
Teatr bu tamaşa ilə Rusiya şəhərlərinin çoxunda, xarici ölkələrdə qastrol səfərlərində olub. Sonralar tamaşada Rusiyanın xalq artisti Tatyana Frolova, əməkdar artistlər Vladislav İvanov, Mixail Neqrebov parlayıblar. “Min bir gecə” baletindən partiyalar balet truppasının indiki aparıcı solistlərinin - beynəlxalq müsabiqə diplomçusu Svetlana Noskovanın, beynəlxalq müsabiqə laureatları Yuliya Nepomnyaşşaya, Aleksandr Lityaqin və başqalarının repertuarında yer alıb.
Cəvahir
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər