Tabloid.az
Nazirlikdən Tərtərdəki özbaşınalıqla bağlı rəsmi AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov Tərtər rayon uşaq musiqi məktəbinin direktoru Emin Haqverdiyev barədə yazılanlara cavab verib.
Şöbə müdiri Publika.az-a açıqlamasında bildirib ki, məsələ qarşıdakı həftə araşdırılacaq:
“Qeyd olunan yazı ilə bağlı artıq Mədəniyyət və Turizm Nazirliyində məlumat var. Faktların araşdırılması üçün gələn həftənin ilk günlərində nazirliyin komissiyası sözügedən müəssisəyə gedəcək və faktları yerində araşdıracaq”.
Qeyd edək ki, aznews.az saytının yaydığı xəbərdə E.Haqverdiyevin ciddi cinayət tərkibli qanunsuzluqlara yol verdiyi, öz şəxsi marağı üçün musiqi məktəbində adları olan müəllimlərin bir çoxunun əməkhaqqı kartlarını özündə saxlayaraq, onların pullarını mənimsədiyi əks olunur. Həmçinin bildirilir ki, direktor bu vəzifəyə Müəllimlər İnstitutunun Qazax filialının verdiyi saxta diplomla gəlib.
İntiqam VALEHOĞLU
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ