İlkin Həsəni: “Biz söyüş söyməmişik”- REAKSİYA
Bizi izləyin

Tabloid.az

İlkin Həsəni: “Biz söyüş söyməmişik”- REAKSİYA

“Ay brilliant” filminin təqdimatından sonra sosial mediada yayılan bəzi fikirlər “Bozbash Pictures”in komandası tərəfindən narazılıqla qarşılanıb.

Yayılan xəbərlərə görə, guya filmdə söyüş və erotik ifadələr işlədilib.

Publika.az-a açıqlama verən “Bozbash Pictures”in rəhbəri İlkin Həsəni yazılanları cəfəngiyat adlandırıb: “Siz özünüz də filmi izlədiniz. Orda bir kəlmə də olsun, təhqiramiz ifadələrə, söyüşə rast gəldinizmi? Yox, çünki filmdə söyüş və təhqirlərə yer verilməyib. Aktyorların dilindən nəsə səslənib, amma hər kəs bunu öz düşündüyü formada qəbul edib və başa düşüb. Tamaşaçılar filmi alqışlarla qarşıladılar. Əgər film onların xoşuna gəlməsəydi, etiraz etsəydilər, yarımçıq kinoteatrı tərk edərdilər”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm