Mətanət rəqqasə Fatiməni hönkür-hönkür ağlatdı – VİDEO
Bizi izləyin

Tabloid.az

Mətanət rəqqasə Fatiməni hönkür-hönkür ağlatdı – VİDEO

Rəqqasə Fatimənin “Gündəlik” verilişində qonaq olarkən “Nigaranam” rəqsini ifa etməsi və aparıcı Mətanət Əliverdiyevanın "Mən sənin ifanda çox rəqslər gördüm, amma, incimə, bunu bəyənmədim" deməsi rəqqasənin ürəyinə tikan olub batıb.

Publika.az xəbər verir ki, veriliş boyu emosiyalarına hakim kəsilməyi bacaran Fatimə Fətəliyeva efirdən sonra göz yaşlarını gizlədə bilməyib.

“Canlı efirdə bunu demək lazım deyildi. Kənarda deyilsəydi, mənə çox xoş olardı. Mən o rəqsi təzə hazırlamışam. Burada mən yox, müəllimim tənqid olundu". Fikrini tam ifadə edə bilməyən rəqqasə hönkür-hönkür ağlayaraq kamera qarşısından çıxıb gedib.

Mətanət xanım da xətrinə dəydiyi qonağının ağladığını eşidib məsələyə münasibət bildirib.

“Fikir bildirəndə bu o demək deyil ki, mən o insanı istəmirəm. Mən onu çox istəyirəm. Sadəcə, o rəqsdən heç nə anlamadım. Tamaşaçılar da bunu sübut etdi. Elə bil 5 yaşında qız nə isə oynayırdı. Bəyənmədiyim bir şeyi yalandan tərifləyə bilmərəm. Mənim də verilişlərim olur ki, deyirəm “Mətanət, bu, səndə alınmadı”. İndi oturum mən də ağlayım?”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm