"Seks simvol olmaq istəməmişəm
Bizi izləyin

Tabloid.az

"Seks simvol olmaq istəməmişəm

Sofi Lorenin 80 yaşı tamam oldu

Bu gün dünya kinosunun ən məşhur aktrisalarından biri olan Sofi Lorenin ad günüdür. O, 1934-cü ilin 20 sentyabrında Romada dünyaya göz açıb. İtaliyanın gəlmiş-keçmiş ən məşhur aktrisalarından olan Sofi Loren "Oskar" mükafatı laureatıdır. Müdrikliyi, uzaqgörənliyi və dillərə dastan olan gözəlliyi ilə yaşayan əfsanələr arasına adını yazdıran bu gözəl xanım haqqında çox danışmaq, çox yazmaq olar.

80 yaşı tamam olan Sofi Loren çox maraqlı həyat yaşayıb. Həyatında həy şey olub: gözəllik, uğur, xöşbəxt ailə, 80 filmdə rol, iki “Oskar mükafatı... Onun adının mənası “müdrik” deməkdir. “Mən dünyaya müdrik gəlmişəm, Allah mənə iki böyük üstünlük bəxş edib: ağıl və kasıbçılıq”. Bu, dünyaca məşhur, italyalı ulduz - Sofi Loreninin fikirləridir. 80 yaşında olmasına baxmayaraq,hələ də gözəldir, hələ də gündəmdə qalmağı bacarır. Bu yaxınlarda isə o, Kann film festivalına bədən quruluşunun incəliyini nümayiş etdirən qırmızı paltarı ilə damğa vurmuşdu. 2007-ci ildə, 72 yaşında ikən açıq-saçıq “Pirelli“ təqviminin fotosessiyasında iştirak etmişdi.

Bütün bunlar onu göstərir ki, Sofi Lorenin özünə inamı tamdır.

Bu faktları qeyd edərkən məqsədimiz Sofi Lorenin gözəlliyini vəsf etmək deyil. Bu gün Sofi Loren özü sizə özünü tanıdacaq. 80 yaşlı ulduz keçmiş günlərinə səyahət edəcək, ailəsi, şəxsi həyatı, karyerası ilə bağlı bilmədiklərimizi bölüşəcək. Elə isə qarşılayın. Tabloid.az Sofi Lorenin Türkiyə mətbuatına verdiyi ən son müsahibəni təqdim edir:

- Stiliniz həmişə diqqət mərkəzindədir. Adətən hansı tərzdə geyinməyi xoşlayırsız?

- Sinə dekoltesi olan geyimləri xoşlayıram. “ Mən yu yaşda da gözələm” mesajı vermək xoşuma gəlir.

- Bu qədər gözəl olmaq bəxtinizə yazılıb?

- Gözəlliyim də daxil olmaqla, sahib olduqlarımın bəxtlə heç bir əlaqəsi yoxdur. Mənimki bəxt deyil. Bəxtə inanmıram.

- Bəs bu gözəlliyə, bu şöhrətə, bu qədər insanın sevgisini qazanmağa necə nail olmusunuz?

- Həmişə istəmişəm, arzulamışam. Sirrim budur. Anası ilə atası qeyri-rəsmi nikahda olan, kasıb bir ailənin kiçik qızı ikən də istəmişəm. Və istəklərimin çoxunu reallaşdırmışam. Heç vaxt başqalarının mənim üçün istədiklərini qəbul eləməmişəm. Amma bu elə də asan olmayıb. Əldə etdiklərimin qarşılığında çoxlu əzab da çəkmişəm.

"Həyatım boyu seks simvolu ola bilməzdim”

- Ana olmadan ana obrazını yaratmaq və buna görə də ən nüfuzlu mükafatı almaq necə hissdir?

- “Həyatım boyu seks simvolu ola bilməzdim. Çünki sonsuza qədər gənc qalmaq imkansızdır. Təkcə cavan qalmaq üçün çalışsan və diqqətini belə şeylərə versən, karyeran qısa müddətdə bitər. Buna görə də məni olduğum nöqtədən irəli apara biləcək rollar seçməli idim. “İki qadın”, “Qızım və mən” filmlərində də buna görə rol aldım. 25 yaşında idim və 15 yaşlı bir qızın anasını canlandırırdım. Özümü bir aktrisa kimi yetişdirdim və inanılmaz rollarda oynadım.

- Ən xoşbəxt olduğunuz an varmı?

- “Oskar” mükafatını alarkən ən xoşbəxt olduğum anlardan birini yaşamışdım.

"Körpəmi qucağıma alanda”

- Bəs, şəxsi həyatınızda ən xoşbəx olduğunuz an varmı?

- “Uşağımı qucağıma aldığım an. Uşaqlarıma qovuşmaq üçün çox çətin mərhələlərdən keçmişəm. İki dəfə uşaq salmışam. Həkimlər artıq övlad sahibi ola bilməyəcəyimi dedilər. Bunun doğru olduğuna inanmadım və övlad sahibi olacağıma özümü inandırdım. İlk hamiləliyimdə 9 ayı yataqda keçirmişəm. Həmin günlərdə sanki səbirim və nə qədər güclü olduğum n sınanılırdı.

- Gözəlliyinizi nəyə borclusunuz?

- Bu suala 60 yaşında ikən belə cavab vermişdim:“Seksual görünməyimə əsas səbəb sahib olduqlarım, digər səbəb isə insanların sizin nələrə sahib olduğunuzu düşündükləridir. Burnum çox uzundur, çənəm üzümə nisbətdə qısadır, ombalarım böyükdür. Amma bu qüsurlara baxmayaraq, mənə bütün olaraq baxanda elə də pis görünmürəm”. Bu gün də eyni fikirdəyəm.

- Sizin kimi olmaq üçün ne etmək lazımdır?

- Ən önəmli faktor genetikadır. Amma qadının gözəl görünməyində xoşbəxt ailə həyatının da çox böyük təsiri olduğunu düşünürəm. Ailə həyatına çox dəyər verirəm. Xüsusilə də, nəvələrimlə vaxt keçirmək mənə ləzzət edir.

- Ancaq ailəniz ideal olmayıb. Atanızın sizi qəbul etməməsi və ananızla deyil, başqa bir qadınla evlənməsi sizə necə təsir etmişdi?

-“Atamın varlığını heç vaxt hiss etməmişəm. Hələ kiçik yaşlarımdan həyatın çətinliklərinə, sınaqlarına rə öyrəşmişəm. Həmişə digər uşaqlardan fərqli olduğumu hiss etmişəm, çünki onların anası və atası var idi. Belə danışmağıma baxmayın. Atama nifrət etmirəm. Əslində nifrətin necə bir şey olduğunu da bilmirəm. Həm də özümü bədbəxt hesab edə bilmərəm. Çünki o vaxt yanımda qardaşım, babam və nənəm kimi məni sevən insanlar var idi.

- Nə yeyib, nə içirsiniz?

- Uşaq vaxtı o qədər arıq idim ki, ləqəbim “çubuq Sofi” idi. 14 yaşım olandan sonra bədən quruluşum dəyişdi, anama oxşamağa başladım. İndi də bu təbiətən mənə bəxş edilmiş bədənimə yaxşı baxmağa çalışıram. Sağlam və düzgün qidalanıram. Bütün nemətlərdən az yeyirəm. Bədənimin tələblərinə, istəkləriən qulaq asıram. Zeytun yağında bişirİlmiş yeməklərə üstünlük verirəm.

- Özünüzü neçə yaşında hiss edirsiniz?

- Yaş kompleksim yoxdur. Özümü heç vaxt gənc qız kimi hiss etməmişəm. 15 yaşımda olanda da qadın kimi hiss edirdim. Xarici görünüşümü yaxşı saxlamaq üçün əlimdən gələni edirəm. Amma qocalmaq əla hissdir. Qocalmaq insanı kamilləşdirir.

- Sofi Loren yorğun olanda nə edir?

- İsti və gözəl qoxulu hamam bütün yorğunluğumu alır. Yalnız qalmaq və fikirlərə qərq olmaq xoşuma gəlir, özümü çox yaxşı hiss edirəm.

-Sizə əzab verən insanları bağışlayırsınız?

- Unutmaram, amma bağışlayaram. Qismətə inanan insan deyiləm. Amma həyata həmişə pozitiv baxıram. Gözəllik insanın daxilindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm