Tabloid.az
Yay mövsümünün düzgün dress-kodu - FOTOLAR
Yay fəslini açıq geyimlərdə qarşılamağa hazırlaşan insanların sayı sürətlə artır. Nəticə etibarı ilə bu, bizi “paltar böhranı” ilə qarşı-qarşıya qoyur. Dərinin hər hüceyrəsini isti hava ilə təmasına sevindirmək və ətrafda hiddət doğurmamaq isə çətin məsələdir. Çünki heç də hamı həm dəbin qaydalarına əməl edib, həm də zövqlü görünməyi bacarmır.
Tabloid.az yay mövsümünün dress-koduna düzgün əməl etməyi və nələri qarderobdan uzaqlaşdırmalı olduğunuzu izah edir.
Qısa yubka və ya paltar
Əgər yayda da hündür daban ayaqqabı və qısa yubkalardan canınızı qurtara bilmirsinizsə, heç olmasa daha təhlükəsiz variantları öyrənməyə cəhd edin. Ombalarda başlayan qısa, düz yubkalar istənilən bədən quruluşunun düşmənidir. Qısa yubka ilə hündür daban ayaqqabı geyinməyi düşünürsünüzsə, o zaman trapesiya formasında olan yubkalar tapın. Paltar isə dar olmamalıdır.
Olmaz
Olar
Qısa şortlar
Şortların beli nə qədər yüksək olsa, sizə qarşı ittihamları bir o qədər azaldar. Əgər ayaqları çox açıq şortlar almaq istəyirsinizsə, yuxarı hissənin belinizi layiqincə vurğulamasına fikri verin.
Olmaz
Olar
Beli açıq geyimlər
Beli açıq geyimlər dedikdə əsas ziddiyyət onun hansı dərəcəyə qədər icazə verilməsidir. Bu zaman alt paltarının görünməsi nəzərdə tutulmur. Digər qüsur isə kürəkdən əlavə, ayaqlar və sinə dekoltesini eyni zamanda istifadəsidir. Belə çıxır ki, zərif bel dekoltesi olan paltar yox, hər tərəfi göstərən çimərlik paltarı lazımdır. Ancaq bir nahiyəni açıq qoya bilərsiniz! Beli açıq geyimlər kürəyinə güvənən xanımlar daha gözəl daşıyır.
Olmaz
Olar
Şəffaf geyimlər
Şəffaf parçaların açıq çalarlarını, yarım şəffaf paltarlarla uyğunlaşdırğınız zaman uğurlu seçim alınar. Şəffaf geyimlər sərbəstlik verdiyi üçün paltarın altında qalan hissənin eyni rəngdə olması daha yaxşıdır.
Olmaz
Olar
Alt paltarını xatırladan krujevalı geyimlər
Alt paltarını xatırladan krujevalı geyimlər tamam fərqlidir. Məsələn, yubka ilə qısa corablar yaxşı heç nə vəd etmir. Lakin şübhəli şəkildə gecəlik geyimlərini xatırladan donları istədiyiniz qədər sınaqdan keçirə bilərsiniz.
Olmaz
Olar
Qarnı açıq
Qarın dekoltesində demək olar ki, bir neçə riyazi qanunları xatırlatmaq lazım olacaq. Əgər qarnınızı tamamilə açıq qoymusunuzsa, özünüzü ya çimərlikdə hiss edirsiniz, ya da dünya ulduzlarını təqlid etməyə cəhd göstərirsiniz. Lakin dizaynerlərin təqdim etdiyi yüksək belli geyimlərlə birləşdirilən qısa köynəklər uğurlu seçimlər sırasına daxildir. Onlar praktik olaraq, bütün markaların kolleksiyalarında yer alır.
Olmaz
Olar
Dekolte
Təvazökar sinə dekoltesi paltarın midi, ya da maksi olmasını tələb edir. Məsələn, Kim Kardaşyanın yubkası midi olsa da, açıq sinə və qarın dekoltesi kədərli görünür. Bu qədər açıqlıq nəyə lazımdır ki?
Olmaz
Olar
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ