• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məleykə Əsədova:“Cadu qızımı xəstəxanalıq edib”

Məleykə Əsədova:“Cadu qızımı xəstəxanalıq edib”

Xalq artisti Məleyekə Əsədova qızı Gülərə cadu olunması ilə bağlı yazılan xəbərlərə münasibət bildirib.

Aktrisa Teleqraf.com saytına açıqlamasında bir müddət öncə yüksək hərarətlə Sabunçu şəhər 3 saylı xəstəxanasına aparılan qızının hazırda müalicəsinin ev şəraitində davam etdirildiyini deyib. Əlavə edib ki, ona olunan cadunun qızına təsir etməsi ilə bağlı deyilən söz-söhbətlərə inanmır:

“Mən caduya-əmələ inanmıram. Ola bilər ki, qızıma nəzər dəysin. Guya mənə cadu olunub, pis əməl də qızıma keçib. Ona pis təsir edib. Allaha dua edən insanlarıq, bizə belə şeylər təsir etməz. Allah adamı nəzərdən, pis gözdən, nəfisdən qorusun”.

Qeyd edək ki, ekstrasens Aqil Məhərrəmov Show.az-a açıqlamasında aktrisaya cadu olunduğunu bildirmişdi. Onun sözlərinə görə, Məlyekə Əsədovaya 4-5 il bundan öncə cadu olunub. Cadu edən şəxs qadındır, eyni zamanda aktrisanın qohumudur. Hazırda aktrisanın ürəyində heç bir sevgi olmasa da, həyatında bir kişinin olduğunu söyləyən Aqil onun qalmaqallara düşəcəyini bildirib. Onun etdiyi qalmaqallar daha da böyüyəcək və ona maddi və mənəvi zərbə olacaq.

Məleykə Əsədovaya illər öncə edilən cadu qızı Gülərə də təsir edir. Gülərin halının pisləşib xəstəxanaya yerlləşdirilməsində cadunun təsiri hiss olunur. Ekstrasens hazırda aktrisanın qızı Gülərdə ciddi bir xəstəlik olmadığını da söyləyib.

Xatırladaq ki, ötən həftə M.Əsədovanın qızı Gülərin qəflətən hərarəti 40 dərəcəyə yüksəlib. Bundan bərk təlaşlanan aktrisa qızını gecəyarısı Sabunçu şəhər 3 saylı xəstəxanasına aparıb. Həkimlərin müdaxiləsindən və müalicəsindən sonra sağalan Gülər, ötən şənbə evə buraxılıb. Hazırda o, ev şəraitində müalicə olunur. O, bu il mayın 31-də 3-cü sinifi bitirib.

teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR