Nüşabə Ələsgərli: “Çimərlik geyimində daha gözəl görünür”
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli: “Çimərlik geyimində daha gözəl görünür”

Xəzər Televiziyasında qonaq olan müğənni Nüşabə Ələsgərli geyim mövzusunda avropalılarla azərbaycanlıları müqayisə edib. Sənətçi bildirib ki, Azərbaycanda hamı bir-birinin geyimində qüsur tapmağa çalışır.

“Nədənsə, bizdə hər şeyə qulp qoyulur. Avropanın bir çox şəhərlərində oluram. Yaşlı qadınları elə geyimlərdə görmüşəm ki, inanın ki, bizdə həmin geyimi geyinən adamı fitə basarlar. Amma Avropada buna məhəl qoyan yoxdur. Orada “öz həyatıdır, özü bilər” düşüncəsi hökm sürür”.

Sənətçinin fikrincə, insanların üzərində diktatorluq etmək olmaz: “Hər kəs özünə yaraşanı bilməlidir. Əlbəttə ki, soyunmağın da çərçivəsi var. Elə gözəl qadın var ki, çimərlik geyimində daha gözəl görünür. Ona başqa gözlə baxmaq lazım deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm