Baş ağrılarından masaj vasitəsilə xilas olun!
Bizi izləyin

Tabloid.az

Baş ağrılarından masaj vasitəsilə xilas olun!

Baş ağrılarından masaj vasitəsilə xilas olun

Tez-tez təkrarlanan baş ağrılarından hamımız əziyyət çəkirik. Günəşin qızmar şüaları baş ağrılarını daha da şiddətləndirir. Baş ağrılarından xilas olmaq üçün dərhal dərmanlara müraciə etməyin. Belə ki, təbii üsullarla da baş ağrılarını azaltmaq mümkündür. Bu müalicə üsullarından biri masaj, yəni, əllə müalicədir.

Miqren və ya gərginlik daha çox baş ağrılarına təsir edir. Bu baxımdan masaj və manipulyasiya ilə vəziyyəti yoluna qoymaq olar. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, masaj edərkən təbii və xoş qoxulu bitki yağlarını istifadə etmək lazımdır. Bu yağlar ağrıların azalmasına kömək edir.

Sakitləşdirici və rahatladıcı masaj tibb dünyası üçün çox vacib proseduradır. Bu yolla bir sıra xəstəliklərin profilaktik tədbirini görmək olur.

Həmçinin əzələlərin qısalması və iflic zamanı əllə müalicənin rolu əvəzsizdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərdən qaçmağa yardım edir. Böyük Britaniya Krallıq Universitetinin alimləri müəyyən ediblər ki, həmin nahiyədə yerləşən əzələlər arterial təzyiqlə əlaqəlidir. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar çatır və bu, arterial təzyiqi aşağı salır. Masaj hipertoniya xəstəliyi və onun fəsadlarına qarşı profilaktikada və müalicəsində mühüm rol oynayır. Tədqiqatın müəllifləri apardıqları işlər barədə açıqlamalarına onu da əlavə ediblər ki, boyun nahiyəsinin masajı zamanı əldə olunan effekt lazımi dərman preparatlarının verdiyi effektə bərabərdir. Masaj növlərinin içərisində ən təsirli akva-masajın olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, üzgüçülük bir çox ağır xəstəliklərin dərmanıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm