Afaq Bəşirqızı yeni obrazla qayıdır
Bizi izləyin

Tabloid.az

Afaq Bəşirqızı yeni obrazla qayıdır

“Səhhətimdə heç bir problem yoxdur. Özümü yaxşı hiss edirəm”

“Səhhətimdə heç bir problem yoxdur. Özümü yaxşı hiss edirəm”.

Bunu AzNews.az-a xalq artisti, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı bildirib. Onun sözlərinə görə, mart ayında tamaşaçılar onu yeni obrazlarda görəcəklər: “Yeni tamaşalarda rol almışam. Teatrın bütün tamaşalarında varam. İnşallah, onların hər birini tamaşaçılarıma təqdim edəcəm. İnanıram ki, uzun müddətdən sonra təqdim edəcəyim obrazlar tamaşaçıların ürəyincə olacaq”.

A.Bəşirqızı özünün rəhbəri olduğu “Bəşir” Teatrından da söz açıb. Teatrın hələ ki, heç bir yeniliyinin olmadığını deyən sənətkar, yaxın vaxtlarda sürprizlərin olacağına söz verdi: “Rəhbərlik etdiyim teatrda da yaxın vaxtlar yeniliklər olacaq. Amma bu barədə danışmaq istəmirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm