• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ən romantik toy mahnıları - Video

Ən romantik toy mahnıları - Video

Toy gününü unudulmaz və yadda qalan edən məqamlardan biri də toyda ifa edilən mahnılardır. Siz hələ də özünüzə romantik toy mahnısını seçməmisinizsə və qərarsınızsa, o halda bizim seçdiyimiz mahnıları dinləyin. Tabloid.az toy üçün ən romantik mahnıları seçib:

"Song for you"

Bir çox müğənninin ifasında səslənən bu mahnını ilk dəfə 1971-ci ildə Leon Rusell tərəfindən ifa edilib. Sonra isə Coe Koker, Areta Franklin, Ray Çarlız, Uitni Hyuston, Simpli Red və başqalarının ifasında da eşimtək mümkündür. Son zamanlarda parlayan ulduz Maykl Bublenin oxuduğu bu versiya hər kəsi valeh edəcək. Olduqca romantik toy mahnısıdır...

"Endless Love"

Sonsuz sevgiyə hazır olan bəy və gəlin namizədləri üçün gözəl bir melodiyadır. Bu mahnını Diana Ross və Lionel Riçi cütlüyü də ifa edib. Lionel Riçinin bu unudulmaz mahnısının həyatınızda xüsusi yeri olacaq.

"You're so beautiful"

Tükləri biz-biz edən digər bir toy mahnısı "You're so beautiful" mahnısıdır. Qonaqlar arasında sevdiyi qadınının gözlərinə baxaraq bu mahnını ifa etmək üçün cəsarət lazımdır.

"Just The Way You Are"

Bruno Marsınunudulmaz mahnılarından biri də "Just The Way You Are"-dir. Bir-birini sevən cütlüklər üçün bu mahnı dərin məna kəsb edir.

"As time goes by"

Sevgiyə inanlar bu mahnının füsünkarlığını hiss edə biləcək. Bu musiqi 1942-ci ildə çəkilən Kasablanka filmi üçün yazılıb. Toy üçün ideal mahnıdır.

"Can't help falling in love"

Elvis Presli bu mahnını çox gözəl ifa edib. Əminik ki, bu mahnı bir çox cütlüyün mahnısı olub. Bu mahnı ilə toyun bütün gərginliyini və yorğunluğunu ata bilərsiniz. Yeni həyatınızın ilk rəqsi ola bilər.

"Nothing gonna change my love for you"

Bu mahnını dinlədikdən sonra sevgilinizə bəslədiyiniz sevgini heç kimin və heç nəyin dəyişdirə biləcəyinə inanmayacaqsınız. 80-cı illərdə Glenn Medeirosun sadə və təsirləndirici ifası toy üçün möhtəşəm mahnı ola bilər.

"Think"

Toyunuz üçün ritmik mahnı axtarırsınızsa, Aretha Franklinin “Think” mahnısı əla seçim ola bilər.

"I Will Survive"

Bu mahnı toyda oynamaq üçün əla seçimdir. Gələn bütün qonaqların da doyunca əyləndirə biləcək mahnıdır.


"Moliendo Cafe"

Tort kəsiləndə ifa edilə bilən ən həzin mahnıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR