Əri müğənniyə 300 min avroluq maşın hədiyyə etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Əri müğənniyə 300 min avroluq maşın hədiyyə etdi - Fotolar

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt ötən gün Bebekdə görüntüləniblər

Türkiyəli müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt ötən gün Bebekdə görüntüləniblər.

Ən çox diqqət çəkən isə cütlüyün yeni maşınları olub. "Porsche" markalı avtomobil ilə sahildə gəzintiyə çıxan cütlük daha sonra qızları Hira üçün alış-veriş ediblər.

Mağazadan çıxarkən jurnalistlərin suallarını cavablandıran Demet Akalın maşının ərinin hədiyyəsi olduğunu deyib:

"Okan idman üslubundakı avtomobillərlə, mən isə uşaq maşınları ilə maraqlanıram. "Okanın hədiyyəsidir" yazmayın ha. Onsuz da paxıllıqdan ölənlər çoxdur".
Qeyd edək ki, Demetin yeni maşının qiyməti 300 min avrodur. Cütlüyün yeni avtomobillərinə qızlarının adının baş hərfindən ibarət nömrə nişanı hazırladacaqları deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm