Manaf Ağayev: “Gəlin arvadım deyil, bacım deyil, cəhənnəmə qaçsın”
Bizi izləyin

Tabloid.az

Manaf Ağayev: “Gəlin arvadım deyil, bacım deyil, cəhənnəmə qaçsın”

“Qulaq gündə bir söz eşitməsə kar olar” deyiblər.

“Qulaq gündə bir söz eşitməsə kar olar” deyiblər.

Tabloid.az xəbər verir ki, bu dəfə gündəmi Oğuzun Muxas kəndində toy günü qaçan gəlinin yerinə bacısının ərə verilməsi xəbəri zəbt edib.

Mətbuatda yer alan digər xəbərdə isə toyda “Canı yanmış” mahnısı ilə populyarlaşan, “Toylar kralı” televiziya yarışmasının qalibi olan Manaf Ağayevin oxuduğu iddia edilib. Müğənni isə məsələyə özünəməxsus tərzdə münasibət bildirib. Deyib ki, sözügedən toyda oxumayıb. Əgər həmin toyda onun oxuduğunu sübut edən video-görüntü ortaya qoyulsa, bunu edən şəxsə bir milyon manat pul verəcək.

Yeri gəlmişkən, bir neçə il öncə müğənni mətbuata “Canı yanmış” mahnısı ilə milyon dollar qazandığını demişdi.

M.Ağayev Tabloid.az saytına açıqlamasında həmin vaxt bu sözləri zarafatla söylədiyini bildirib:

“Kənardan baxırlar, deyirlər ki, bunun yaxşı pulu var. “Canı yanmış”la pul qazanmışam, düzdür. Amma nə qədər qazandığımı bilmirəm. Yazırlar, bizi işə salırlar. Nə kimdənsə alacağım var, nə de ki, verəcəyim. Bədnəzərə çox inanıram. Bu kimi söhbətlər ucbatından gözə gəlirəm. Oğuzda baş verən olaya gəlincə, jurnalist zəng edib, məndən həmin toyda oxuyub-oxumadığımı soruşdu. Dedim ki, artıq il yarımdır ki, Oğuzda toyda olmamışam. Guya ki, oxuduğum toyda gəlin qaçıb gedib. Əslində, burada ayıb bir şey yoxdur. Sadəcə adımın yalandan hallanmasını istəmirəm. Gəlin arvadım deyil, bacım deyil, cəhənnəmə qaçsın. Niyə kiməsə görə pul verməliyəm?! Mən zarafatyana söylədim ki, əgər toyun kassetini üzə çıxarsalar, həmin adama pul verərəm. Nə bir milyon?! Xeyr, heç “köpüyüm” də yoxdur. Kimsə qaçıb, onun yerinə niyə pul verməliyəm? Cəhənnəmə qaçsın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm