Tabloid.az
Xalq artistinin qızı boşanmasından danışdı – Video
Flora Kərimova qızı Zümrüdün boşanmağından danışıb.
Tabloid.az xəbər verir ki, sənətçi “10Lar” verilişinə açıqlamasında uzun müddət susqunluqdan sonra qızı ilə kürəkənin ayrılma səbəbindən söz açıb:
“Qızım ailə qurduğu evə gəlin kimi deyil, övlad kimi getdi. Buna görə qudama təşəkkür edirəm. Hələ də qudam deyirəm, çünki əksinə dilim gəlmir. Qızımın baldızına və qayınanasına çox “sağ olun” deyirəm. Qohumluq qismət olmadı, amma dost qaldıq”.
Flora Kərimova yayılan bəzi şayiələrə də aydınlıq gətirdi:
“Dedilər ki, guya qızım ana ola bilmədiyi üçün ayrılıb. Qızımın bətnində 4 aylıq övladı tələf oldu. Onların ailə qurması mənim və Tərlan xanımın təkidi ilə baş tutmuşdu. Üç dəfə yox dedim, sonra razılaşdım. Qızım mənim istəyimlə ailə qurdu. Bu 6 il ərzində kürəkənimdən çox razı qalmışam. Nazimə çox sağ ol deyirəm ki, həmin müddətdə qızıma özünü qərib hiss etdirmədi. Əslində, qızım özü boşanıb. Zümrüd dedi ki, nə qədər sənə ağır, çətin olsa da, yenə də səbirli ol. Onsuz, mən bunu edəcəkdim, boşanacaqdım”.
Xalq artistinin qızı Zümrüd boşanması haqqında danışıb. Bu qərarı sağlam, sakit başla verdiklərini deyib:
“Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, iki müstəqil, ağıllı insanlarıq. Sərbəst insanlar kimi qərar verdik. Onunla ailə qurmağıma peşman deyiləm. Ona xoşbəxtlik arzu edirəm. Gələcəkdə barışmağımıza gəlincə, biz küsməmişik ki, bundan sonra barışıq. Amma yenidən bir araya gəlib, ailə qurmaq kimi addım atmayacağıq”.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ