Payızın ən gözəl idman ayaqqabıları – Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın ən gözəl idman ayaqqabıları – Fotolar

Payızın ən gözəl idman ayaqqabıları – Fotolar

Konverse 1908-ci ildən bəri modanın gündəmindən heç zaman düşməyən ayaqqabı modelidir. Rahat və əlverişli olmağından dolayı klassikləşib. Konverse ayaqqabılarını hamı, hər yerdə geyinir. Onu hətta gəlinliklə belə geyinənlər var. Tabloid.az idman ayaqqabılarını sevən xanımlar üçün bu gün konverse ayaqqabıları nə ilə və necə kombin etməyin qaydalarını təqdim edir:

Uzun donlarla: İlk baxışda onların uyğun olmadığını düşünə bilərsiniz. Ancaq bu iki geyimin uyğunluğu düşündüyünüzdən daha mükəmməldir. Konverse ayaqqabılar uzun donlardan başqa, uzun yubkalarla da kombin edilir.

Dəri geyimlərlə: Dəri şalvar, dəri şort, ya da ətək heç bir fərqi yoxdur. Konverse ayaqqabılar bunların hamısı ilə uyğunlaşır. Vamp qadın obrazı yaradan dəriləri idman ayaqqabıları birləşdirib şıq idman tərzləri yaratmış olarsınız.

Dar cinslərlə: Konverse ayaqqabıların ən vəfalı dostları cins şalvarlardır. Onların biri-birinə çox gözəl yaraşmasına dair zəmanət verə bilərik.

Qısa yubka və donlarla: Konverse ayaqqabılar uzun donlara yaraşdığı kimi qısa donlarla da gözəl görünür.

Şortlarla: Qısa geyimlərdən söz düşmüşkən, qısa şortları da mütləq qeyd etməliyik. İkisinin gözəl qalacağından əmin ola bilərsiniz.

Dəst geyimlərlə: Fərqliliyə can atan xanımlar dəst geyimləri də konverse ayaqqabı ilə birləşdirə bilər. Geyimə çılğın hava vermək üçün bu kombini seçə bilərsiniz.

Qələm və midi ətəklərlə: Konverse ayaqqabılar qələm və midi ətəklərlə də gözəl qalır. Məktəbli tərzini sevənlər ikisini birlikdə geyinə bilər.

Kombinezonla: İstər qısa, istər də uzun kombinezonlarla konverse ayaqqabılar möhtəşəm qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm