Karl Laqerfeldin məşhur pişiyi qadınların həyatına daxil olur - Fotolar
Bizi izləyin

Tabloid.az

Karl Laqerfeldin məşhur pişiyi qadınların həyatına daxil olur - Fotolar

Moda dizayneri Karl Laqerfeld çox maraqlı addım atıb

Məşhur moda dizayneri Karl Laqerfeld çox maraqlı addım atıb.

Məşhur stilist pişiyi Şupetdən ilham alaraq “Shu Uemura” brendi üçün yeni kolleksiya hazırlayıb. Kosmetik vasitələrdən ibarət olan kolleksiyada pişiyin mavi gözlərinə uyğun olaraq mavi və gümüş rəngində göz kölgəsi, daş-qaşlı süni kirpiklər, üz təmizləmək üçün yağ, dodaq boyası, kirşan, ənlik, gümüş rəngli makiyaj çantası və dırnaq boyası var. Kosmetik vasitələrin qabları da maraqlıdır. Onların üzərində Şupetin Karl tərəfindən çəkilmiş şəkilləri yer alıb.

Xatırladaq ki, Karl Laqerfeldin özü kimi pişiyi də məşhurdur. Şupet adlı pişik daha öncə də “Twitter” sosial şəbəkəsində fenomen olmuş, cah-cəlallı həyat yaşadığına görə, “Harper's Bazaar” və “İ-D” kimi məşhur jurnallarda fotosessiyaları yayımlanmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm