Zob xəstələri üçün möcüzəli meyvə
Bizi izləyin

Tabloid.az

Zob xəstələri üçün möcüzəli meyvə

Aterosklerozdan və qalxanavari vəzinin xəstəliyindən əziyyət çəkənlər bol-bol bu meyvədən yeməlidirlər

Feyxoa həm dadına, həm də orqaznimə verdiyi faydalarına görə digər meyvələrdən fərqlənir. Feyxoanın tərkibi yodla zəngindir. Bir kiloqram təzə feyxoada 10-mq yod olur. Feyxoa yeganə meyvədir ki, orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar. Yod insanın yaddaşını gücləndirir, eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur. Bədəni yodla təmin olunanlar psixi pozğunluqlardan qaynaqlanan xəstəliklərə tutulmurlar.

Deməli, feyxoa orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan xəstəliklərlə mübarizə aparmaq üçün ən ideal meyvədir.

Aterosklerozdan və qalxanavari vəzinin xəstəliyindən əziyyət çəkənlər bol-bol feyxoa yeməlidirlər.

Feyxoanın yetişmiş meyvəsində orta hesabla 6,9 faizə qədər şəkər, 2,5 qədər üzvi turşular, C vitamini var. Feyxoanın şirəsi boğaz şişinin qarşısının alınmasında istifadə edilir.

Zob xəstəliyindən əziyyət çəkənlər feyxoanı həm yeyə, həm də şirəsini içə bilərlər.

Ən yaxşı nəticəni almaq üçün aşağıdakı reseptdən istifadə edin. 1 kq feyxoanı ət çəkən maşından keçirib, 1 kq şəkər tozu ilə qarışdırmaq lazımdır. Daha sonra bu qarışımı şüşə qaba yığıb, feyxoa şirəsini tam buraxana qədər gözləməlisiniz. Həmin şirədən səhər və axşam 1 xörək qaşığı qəbul etmək lazımdır. Bunu 10 gündən artıq etmək olmaz. 10 gün ara verdikdən sonra təkrar içmək olar.

Feyxoa həmçinin maddələr mübadiləsinin pozulması, təzyiq, qastrit kimi problemləri olanlara da kömək edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm