• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tünzalə: "Sura, sənin üçün edəcəyim iki iş var"

Tünzalə: "Sura, sənin üçün edəcəyim iki iş var"

Bu gün intihar edən gənc ifaçı Sura Əsgərovanın vəfatından 40 gün keçir. Tabloid.az xəbər verir ki, müğənni Tünzalə Ağayeva onunla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. Xatırladaq ki, əməkdar artist Tünzalə Ağayeva gənc müğənni ilə "Qovuş ona" mahnısını duet oxumuşdu.

Tünzalə xanımın fikirlərini təqdim edirik:

“Əzizim Sura, məkanın cənnət olsun! Artıq sən bu dünyadan gedəni 40 gün oldu... İçimdə boşluq buraxdın getdin, minlərlə insanı sarsıtdın getdin. Səni tanımayan insanlar Allahdan rəhmət dilədilər sənin üçün, burdan həmin o kəslərə sonsuz şükranlarımı, minnətdarlığımı və duamı çatdırıram. Allah hər kəsdən razı olsun! Sen saf, özün kimi işiqlı xatirə qoydun özündən sonra... Bir de mənə hədiyyə etdiyin şeirlərini... Sənin üçün edəcəyim iki şey var: Biri dualarımdı , ikincisi şeirini yazacağım mahnımda seni yaşatmaqdı. Səninlə son telefon danışığımızda "Sən tanımadığım doğmamsan” şeirinə musiqi bəstələmişəm dedim. Sən de utanaraq "bu şeirimə mən de melodiya yazmışam, bes necə olacaq?!", deyə soruşdun... Mən də gülümsəyərək "nə olar Sura , bir şeirin iki mahnısı olar" dedim. Amma yetişmədim senin yazdığın melodiyanı eşitməyə... Apardın özünlə... Men isə söz verirəm "Sən tanımadığım doğmamsan" mahnısını yazıb oxumağa, qismət səni bu mahnıda yaşatmaqmış...”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR