Qara sarımsağın inanılmaz faydaları - Foto
Bizi izləyin

Tabloid.az

Qara sarımsağın inanılmaz faydaları - Foto

Bəlkə də çoxunuz qara rəngli sarımsağın varlığından belə xəbərsizsiniz. Ancaq onun faydalarını öyrəndikdən sonra mütlə tapıb alacaqsınız

Bəlkə də çoxunuz qara rəngli sarımsağın varlığından belə xəbərsizsiniz. Ancaq onun faydalarını öyrəndikdən sonra mütləq tapıb alacaqsınız.

Qara sarımsaq Yaponiya, Avstraliya və bəzi Avropa ölkələrində olduqca populyar olan tərəvəzdir. Onun bu qədər populyar olması səbəbsiz deyil. Qoxusuz olması və normal sarımsaqdan 10 dəfə daha faydalı olması onun əsas üstünlüyüdür. Bildiyimiz sarımsaqdan fərli olaraq qara sarımsağın dadı şirindir.

Əslində bu sarımsağın başqa bir növü deyil. Adi sarımsaqdan hazırlanır. Bunun üçün adi sarımsağı 2 ay ərzində xüsusi şəraitdə saxlayırlar. Bu sarımsağı istehsal edən şirkətlər məhsulun 100 faiz təbii olduğunu deyirlər, ancaq hazırlanma üsullarını açıqlamırlar. Çünki özlərinə rəqib yaratmaqdan çəkinirlər.

Bəs bu sarımsağın orqanizmə hansı faydaları var?

1. Qara sarımsağın antioksidant xüsusiyyəti normal sarımsaqdan 10 dəfə çoxdur.

2. İmmuniteti gücləndirməkdə 7 dəfə daha güclüdür.

3. Ürək və damarlar üçün çox faydalıdır

4. Hüceyrələrin yenilənməsini sürətləndirir

5. İnsanı cavanlaşdırmaq və gənc saxlamaq qabiliyyətinə malikdir

6. İltihab nahiyəsini 1 gün içində qurudur

7. Soyuqlama zamanı istifadə etdikdə tez sağaldır

8. Cinsi gücü artırır

Bu sarımsağı həm ət yeməklərində, həm balıq yeməklərində istifadə etmək olar. Pəhriz saxlayanlar üçün xüsusilə faydalıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm