Samiraldo: “Samir Bağırova dedim ki, bəsdir artıq, geri qayıt...” - Fotolar
Bizi izləyin

Tabloid.az

Samiraldo: “Samir Bağırova dedim ki, bəsdir artıq, geri qayıt...” - Fotolar

Hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) yaxın dostu, estrada müğənnisi Samir Bağırovla görüşüb.

Hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) yaxın dostu, estrada müğənnisi Samir Bağırovla görüşüb.

Tabloid.az-a müsahibəsində bu haqda danışan stilist bildirib ki, neçə ildir sənətdən uzaq düşən Samir Bağırov yenidən səhnəyə qayıdır. Dekabrda özünə toy etməyə hazırlaşan stilist şəxsi həyatı ilə bağlı da suallarımızı cavablandırıb.

- “Facebook”da Samir Bağırovla birgə çəkdirdiyiniz fotoları paylaşmısınız. Deyəsən, aranızdakı incikliyə son qoyulub?

- Bir ildən çox idi ki, Samir Bağırovla görüşmürdüm. Mənim vaxtım yox idi. O da sənətdən, hər şeydən uzaqlaşmışdı. Dünən nəhayət ki, görüşdük, oturub, söhbət elədik. Ona dedim ki, bəsdir artıq, çıx efirə. Sənin musiqilərin, səsin insanlara lazımdır. Sənə bu səs Allah tərəfindən insanlar üçün verilib. O, əlbəttə ki, hər zaman mənim sözümə qulaq asır. Onu da deyim ki, bu yaxınlarda Samirin yeni albomu işıq üzü görəcək.

- Yanılmıramsa, aranızda anlaşılmazlıq olmuşdu. Hətta Samir sizdən incimişdi.

- Doğrudur, inciklik olmuşdu. Həyatımdan bəhs edən roman yazılmışdı. Həmin romanda Samir Bağırovla bağlı bəzi nüanslar var idi. Məhz ona görə biz küsmüşdük. Allaha şükür, indi hər şey qaydasındadır. İstəmirəm ki, yenidən bu söhbətlər gündəmə gəlsin. Biz təzə barşmışıq. Yenidən münasibətlərimizi pozmağını istəmirəm. Özüm ona zəng etdim, barışdıq. Uzun müddət Azərbaycanda olmayacağam. Ona görə də istədim ki, Samiri görüm, sonra gedim.

- Dediniz ki, uzun müddət Azərbaycanda olmayacaqsınız. Səfəriniz hansı ölkəyə və nə ilə bağlıdır?

- Səfərim şəxsi həyatımla bağlıdır, ailə qururam. Amma bunu nümayiş etdirmək istəmirəm. İstəmirəm ki, ətrafdakı insanlar şəxsi həyatıma müdaxilə etsinlər. Haqqımda nəyisə bilsinlər. Çünki mən ailə qurmağa hazırlaşdığım xanımı və həyatımı reklam etmək istəmirəm. Qız da istəmir ki, bu haqda söhbətlər olsun. Ona görə də toyumu xaricdə edəcəyəm. Azərbaycanda dostlarım çoxdur. Hamı xoş günümdə yanımda olmaq istəyir. Təəssüf ki, toy dar çərçivədə, yalnız yaxınlarım iştirak edəcəklər. Bunu mən yox, qız istəyir. Təbii ki, onun fikrinə, istəyinə hörmətlə yanaşıram. Bilirsiniz, həm də Azərbaycanda məni istəməyən adamlar çoxdur. İstəmirəm ki, onlar öz mənfi auralarını yeni qurduğumuz ailəmizə, həyatımıza töksünlər.

- Toyunuz Londonda olacaq? Çünki bir müddət öncə demişdiniz ki, nişanlınız Londonda yaşayır.

- Özünüz bilirsiniz ki, insanlardan heç vaxt heç nəyi gizlətməmişəm. İşimilə, sənətimlə bağlı olan hər şeyi danışmışam. Amma ailə söhbətlərimi nümayiş etdirmək, danışmaq istəmirəm. Toyumuza gəlincə, mərasim xarici ölkələrdən birində olacaq. Toyun harada olduğunu demək istəmirəm. Çünki başqa ölkələrdə azərbaycanlılar çoxdur. Onlar gəlib, bizi tapacaqlar, paparassilər şəkillər çəkəcəklər. Mən isə bunu istəmirəm. Mən həyatımı təkcə o xanıma həvalə edə bilərəm.

- Bəs yaxşı, bu toy necə olacaq. Belə çıxır ki, bir siz, bir də gəlin olacaq? Ümumiyyətlə, ailə qurmaqla bağlı VVAQ-a müraciət etmişiniz?

- Yenə də təkrar edirəm ki, bütün bunları mətbuata çıxmamaq üçün edirəm. Bizim hər ikimizin orada yaşayan dostlarımız var. Kiçik mərasim təşkil edib toy edəcəyik. Toyumuzda ancaq çox yaxın əhatəmiz olacaq. Bunu məşhur bir insanın kaprizi anlamasınlar. Qız istəmir ki, onu mətbutda və mediada işıqlandırsınlar, haqqında yazsınlar. O, şou-biznes adamı olmadığına görə bütün bunlardan qaçır. Hətta mənə deyir ki, toy etməsək də, olar. Amma mən toyumun olmasını istəyirəm. Toyumuzda ancaq mənə ən yaxın insanlar olacaq. Noyabrın əvvəlində Azərbaycandan gedəcəyəm. Toy, Məhərrəmlik ayından sonra dekabrda olacaq.

- Toydan sonra fotolarınızı mətbuatda yayımlayacaqsınız?

- Yox, bunu etmək niyyətim yoxdur. Nişanlım icazə vermir. Yenə də qeyd edirəm ki, sənətimlə, işimlə bağlı hər şey insanlara danışmışam. Bilirsiniz ki, mən heç vaxt ailə üzü görməmişəm. Ona görə də özümün quracağım ailəyə çox ciddi yanaşıram.

- Bal ayı olacaq?

- Əlbəttə olacaq. Amma harada olacağını deməyəcəyəm. Bir onu deyə bilərəm ki, isti ölkələrdən birində olacaq.

- Neçə övlad sahibi olmaq istəyirsiniz?

- Allah neçə uşaq qismət etsə, mənim onları böyüdüb, boya-başa çatdırmaq imkanım var. Amma iki övladımın olmasını istəyirəm. Mənim üçün övladın sağlam böyüməsi və düzgün tərbiyə alması vacibdir. Bir və ya iki övladım olsa, buna görə Allaha minnətdar olaram. Hər zaman dua edərəm ki, məni övlad sahibi edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm