Rihanna ehtiraslı ətrini təqdim etdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Rihanna ehtiraslı ətrini təqdim etdi - Fotolar

Barbadoslu pop ulduz Rihanna kişilər üçün hazırladığı öz adını daşıyan ətrini satışa çıxarıb

Barbadoslu pop ulduz Rihanna kişilər üçün hazırladığı öz adını daşıyan ətrini satışa çıxarıb.

“Rogue Man by Rihanna” adlı ətrini Atlantada təqdim edən müğənni gecəyə göbəyini açıqda qoyan qara rəngli geyimdə gəlib. Mirvarilərlə bəzədilmiş topiki, boynundakı çoxlu zəncir boyunbağıları və üzüklərlə stilini tamamlayan Rihanna imicini də yeniləyib. Ulduz qara uzun saçları ilə gözəlliyini nümayiş etdirib.

Qeyd edək ki, bu ətrin reklam afişası “Twitter”da əməlli başlı səs-küyə səbəb olub.

26 yaşlı ulduz yaraşıqlı model Daniel Nesslə çəkilmiş reklam afişasını bu şərhlə paylaşıb: "Mən bu ətrin kişilərin dərisinə hopacağını düşünürəm”.

Ətrin ehtiras oyadan qoxuya sahib olduğu deyilir.

Tabloid.az Rihannanın ətir təqdimatından fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm