Merilin Monronun ölümündən 1 ay əvvəl çəkilmiş fotoları
Bizi izləyin

Tabloid.az

Merilin Monronun ölümündən 1 ay əvvəl çəkilmiş fotoları

Merilin Monro 1962-ci ildə çimərlikdə...

Ölümündən yarım əsr keçsə də, hələ də dünya gündəmindən düşməyən gəlmiş keçmiş ən seksual aktrisa Merilin Monronun yeni fotoşəkilləri yayılıb.

“Vintage Everyday”də nəşr olunan fotoşəkillər 1962-ci ildə, aktrisanın faciəli ölümündən sadəcə 1 ay əvvəl Santa Monika çimərliyində çəkilib. Fotoqraf Corc Barrisin çəkdiyi şəkillərdə gözəl aktrisa yaşıl çimərlik dəsmalına bürünmüş halda görünür.

Ən maraqlı detal isə bu şəkillərdə fotoşopun olmamasıdır. Yəni, bu fotolarda Merilin Monro pərəstişkarları onu ilk dəfə olduğu kimi, ən təbii halda görürlər.

Onun ağ rəngə çalan açıq sarı saçlarına, qalın xətt şəklində layner çəkilmiş gözlərinə öyrəşmişdik, amma bu fotoşəkillərdə cazibədar ulduzun ilk dəfə qırışlarını və çillərini də görürük.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm