Azərbaycanı Türkiyədə təmsil edənlər bəlli oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanı Türkiyədə təmsil edənlər bəlli oldu - Fotolar

Noyabrın 29-da Istanbulda “ Best Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalına start veriləcək.

Noyabrın 29-da Istanbulda “ Best Model of the World 2014” beynəlxalq model müsabiqəsinin dünya finalına start veriləcək.

Bu haqda tabloid.az-a məlumat verən “AES Group”-un prezidenti, tanınmış təşkilatçı Aqil Məmiyevin sözlərinə görə, 2010-cu ildən bəri ölkəmiz bu müsabiqədə təmsil olunmur.

Bu il müsabiqədə Azərbaycanı təşkilatçı tərəfindən seçilən iki modelimiz Sima Şərafətdinova və Heydər İsgəndərov təmsil edəcəklər. Məmiyev düşünür ki, seçilən iştirakçılar 145 ölkənin qatılacağı və 55 ildir keçirilən dünya müsabiqəsi üçün layiqli namizədlərdir.

Azərbaycan təmsilçiləri 30 noyabrda İstanbula yola düşürlər. Yarışmanın finalı isə 6 dekabrda baş tutacaq.

Nəzərinizə çatdıraq ki, müsabiqə 1955-ci ildən hər il dünyanin nüfuzlu ölkələrində keçirilir. Yarışmanın prezidenti Erkan Özerman, Azərbaycan üzrə bu ilki təşkilatçısı isə Aqil Məmiyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm