Beli incəltməyin ən asan və rahat yolu
Bizi izləyin

Tabloid.az

Beli incəltməyin ən asan və rahat yolu

Beli incəltməyin ən asan və rahat yolu

Suyu bu şəkildə içərək daha tez arıqlayın

İllərdir ki, metabolizmin sürətli işləməsi və daha asan arıqlamaq üçün ilıq su içmək lazım olduğu söylənilir. Türkiyəli mütəxəssis Xalid Yerebaxan isə bunun tam əksini iddia edir. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, otaq temperaturunda su deyil, soyuq su metabolizmi gücləndirir.

Yerebakan çəki atmaq istəyiriksə, soyuq su içməyimiz lazım olduğunu bu sözlərlə ifadə edir:

"Su içmək sağlam metabolizm dövriyyəsi üçün son dərəcə əhəmiyyətlidir. Kifayət qədər içilməsinin son dərəcə mühüm faydaları var, az istehlak edilməsinin də müəyyən zərərləri var. Demək olar ki, bütün pəhrizlər bol su içməyi tələb edir. Tövsiyələrə dəqiqliklə əməl etməyinizə baxmayaraq, arıqlamaq prosesi dayanırsa, yəqin ki, suyu otaq temperaturunda içirsiniz!

Soyuq su içməklə otaq temperaturunda su içmək arasındakı fərqi tədqiq edən alman alimləri maraqlı nəticə əldə ediblər. Onların gəldiyi nəticəyə görə, soyuq su içməyin metabolizm üzərindəki sürətləndirici təsiri, otaq temperaturunda su içməyə nisbətlə daha yüksəkdir. Həmçinin hər gün 10 stəkan soyuq su içənlərin gündə 50 kalori daha çox yandırdıqları və bunun sayəsində belin daha tez incəldiyi də bu araşdırma nəticəsində məlum olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm