Şou-biznesə “yox”, kitaba “hə” - VİDEO
Bizi izləyin

Tabloid.az

Şou-biznesə “yox”, kitaba “hə” - VİDEO

Bu ideya ilə yaradıcılıq axtarışlarına çıxan bir qrup gənc uğurlu layihənin ilk uğuruna imza atdı. Turana Huseynli ilə Mad House Movie-nin birgə layihəsi olan "Əlfəcin" verilişi yayımlandı.

Bu ideya ilə yaradıcılıq axtarışlarına çıxan bir qrup gənc uğurlu layihənin ilk uğuruna imza atdı. Turana Huseynli ilə Mad House Movie-nin birgə layihəsi olan "Əlfəcin" verilişi yayımlandı.

Tamaşaçıların daha öncə Az.TV-də yayımlanan MAG verilişinin aparıcısı kimi tanıdıqları Turana Hüseynli yeni layihəsini İsgəndər Səlimovun rejissurası ilə taqdim edib. "Əlfəcin" verilişinin əsas məqsədi kitabın, ədəbiyyatın, yazılı sözün təbliğidir. Yaradıcı heyət ölkənin sevilən şəxsiyyətləri ilə kitab və ümumiyyətlə ədəbiyyat barədə video-müsahibələr hazırlayıb. Maraqlı veriliş həm də əyləncəli təqdimat və gözlənilməz məqamlarla müşayiət olunub.

“Əlfəcin” verilişin rəsmi youtube kanalında yayımlanır və facebook, twitter, instagram hesabları vasitəsilə izləyicilərə çatdırılır.

Gənclərdən ibarət yaradıcı heyətin hazırladığı verilişin linkini sizə təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm