Nazir mətbu orqanları niyə qınadı?
Bizi izləyin

Tabloid.az

Nazir mətbu orqanları niyə qınadı?

"Onlar düşmənlərimizi sevindirən yazılar dərc etdilər"

“Biz Ermənistanla sülh şəraitində yaşasaq da hələ də müharibə davam edir. Bu müharibə daha çox mədəniyyət sahəsində aparılır. Ermənilər hər vasitə ilə çalışırlar ki, qonşu ölkələrin mədəniyyətinə xas olan nümunələri öz adlarına çıxarsınlar. Biz hamımız bilirik ki, ermənilər bura nə zaman gəliblər, nə vaxt məskunlaşıblar. Təəccüblənirəm ki, bizim bəzi mətbuat orqanlarımız düşmənlərimizi sevindirən yazılar dərc etdilər. Bu məni çox təəssüfləndirdi”.

Bu sözləri nazir Əbülfəs Qarayev YUNESKO-nun 9-cu sessiyasının Azərbaycan üçün nəticələrinə həsr olunan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ermənilərin apardığı bu mübarizə gələcəkdə də davam edəcək:

“YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verilsə də, biz Xarici İşlər Nazirliyi, AR YUNESKO yanında Daimi Nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiya ilə birgə həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin qarşısı alındı. Bu barədə nazirliyin saytında yazı dərc etdik. Amma müxtəlif ölkələrin mətbuatı Ermənistanın lavaşının YUNESKO-da qəbul olunması ilə bağlı yazı dərc etdi. Bizim mətbuat orqanları da o yazılara istinad edərək nazirliyi yalançılıqda ittiham etdilər. Bizim mətbuatdan bu Türkiyəyə, Rusiya mətbuatına da yayıldı. Çox əsassız şayiələr idi. Reallığa əsaslanmayan xəbər bizim düşmənimizin sevincinə səbəb oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm