Cem Yılmaz yaxın dostunun sevgilisi ilə yaxalandı - Fotolar
Bizi izləyin

Tabloid.az

Cem Yılmaz yaxın dostunun sevgilisi ilə yaxalandı - Fotolar

Məşhur yumor ustası və aktyor Cem Yılmaz ötən gün ilk dəfə sevgilisi, model Ayşə Xatun Önalla görüntülənib.

Məşhur yumor ustası və aktyor Cem Yılmaz ötən gün ilk dəfə sevgilisi, model Ayşə Xatun Önalla görüntülənib. Ofisə gedərkən avtomobilin işində paprassilərin fotokameralarına tuş gələn cütlük bundan narahat olublar.

“Media sizin sevgi xəbərlərinizlə silkələnir” sözlərinə “Silkələnsin” cavabını verən məşhur komediya ustası digər suallara əhəmiyyət verməyib.

Qeyd edək ki, daha öncə keçmiş sevgilisi Cansu Dərənin yaxın rəfiqəsi Ahu Yağtu ilə evlənib boşanan Cem Yılmaz yenə ənənəsinə sadiq qalıb. Belə ki, onun yeni sevgilisi Ayşə Xatun Önalın da Cansu Dərənin yaxın dostlarından biri olduğu ortaya çıxıb. Ayşə həm də bu yaxınlarda Cemlə birlikdə filmə çəkilən və aktyorun yaxın dostlarından olan Yılmaz Ərdoğanın keçmiş sevgilisi olub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm