Elza Seyidcahan: “Az maa re-dən mahnı yaz”
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan: “Az maa re-dən mahnı yaz”

“Günəbaxan“ verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan sənətə gəlməzdən əvvəl bəstəkarlıq edərkən qarşılaşdığı müğənnilərdən danışıb.

“Günəbaxan“ verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan sənətə gəlməzdən əvvəl bəstəkarlıq edərkən qarşılaşdığı müğənnilərdən danışıb.

Tabloid.az xəbər verir ki, vaxtilə "Tənha” mahnısı ilə məşhurlaşan bəstəkar bildirib ki, müğənnilər ondan “Tənha”, “Həsrət nəğməsi” kimi mahnılar istəyirmişlər:

"Elə bilirdilər ki, bazara gəlirlər. Bəzi adlarını bəstəkar qoyanlar yersiz müğənniləri səhnəyə gətirdilər. Kiminsə dostudur, kiminsə tanışıdır deyə pulu alıb qoydular ciblərinə, səhnədə ulduz ediblər. Bunu edən bizim Qara Qarayevin tələbəsi olan bəstəkarlarımızdır. Mən onu heç vaxt etməmişəm, etmərəm də. Pula görə sənətimi satmamışam. Ona görə də müğənni oldum. Gördüm yoldan, yurddan çıxan oxuyanlar müğənni oldular. Gəlirdilər ki, “az maa re-dən mahnı yaz”, ritmi yox, geyimi yox. Hamımızın ləhcəmiz var. Amma ədəbi dilimiz var bizim. Mən də dağlıyam və dağlı ləhcəsində də danışıram. Bütün regionlara böyük hörmətim var. Efirə çıxırsansa ədəbi dildə danışmalısan. Gördüm ki, elə bəzilərinə danışıq, qabiliyyət, mədəniyyət öyrədirəm. Mağazaya gedəndə deyirdilər ki, paltar seçə bilmirəm, məndən kömək istəyirdilər. Pulu var, zövqü yoxdur. Fikirləşdim ki, mən belələrinin yanında dayanmaqdansa, elə özüm oxuyum. Pis-yaxşı oxuyuram, öz balalarımı özüm dolandırıram. Heç bir müğənni gəlib demirdi ki, sənin mahnından 10 min qazanmışam, ala bu 100 dolları bəlkə sənin uşağının çörəyi yoxdur”.

Emosiyalarına hakim kəsilə bilməyən əməkdar artist bəzi həmkarlarını efirə toy tutmaq üçün çıxmaqda da ittiham edib:

“Səhər efirinə çıxırlar mahnının bir bəndini rus dilində oxuyurlar, bir bəndini də Azərbaycan dilində oxuyurlar. Mütləq rus dilində oxumalıdırlar ki, bunları Moskvadan görüb toya çağırsınlar. Bəzi yəhudilərin toyuna düşmək üçün özlərini həlak edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm