Sağlamlığı təhlükəli düşməndən qoruyan qoxular
Bizi izləyin

Tabloid.az

Sağlamlığı təhlükəli düşməndən qoruyan qoxular

Stressdən xilas olmaq üçün qoxulardan faydalanın

İş həyatı, gündəlik fəaliyyətlər, evdəki problemlər stressli bir həyatın içində boğulmağımıza səbəb olurlar. Araşdırmalar göstərir ki, hazırda dünyada insanlara əziyyət verən xəstəliklərin 80 faizi stressdən qaynaqlanır. Stress baş ağrısı, əsəb pozğunluqları, mədə xəstəlikləri, immunitet zəifliyi, xərçəng kimi bir çox problemin əsas səbəbidir.

Ancaq gün ərzində qısa bir müddət də olsa stressdən uzaqlaşa bilərik. Bunun üçün qoxulardan faydalanmalıyıq.

Araşdırmalar göstərib ki, bir sıra qoxular insanların stressini azaltmaq xüsusiyyətinə malikdir.

Tabloid.az stressi azaldan qoxuları təqdim edir:

Darçın

Ən faydalı ədviyyatlardan biri olan darçın stresslə mübarizə aparır. Əhvalınızı yüksəldən darçını stressli və gərgin olduğunuz anlarda istifadə edə bilərsiniz. Bunun üçün bir salfetə və ya dəsmala bir neçə damcı darçın yağı töküb qoxulamaq lazımdır. Darçını iylədikdən bir neçə saniyə sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.

Lavanda

Bir çox ətirin tərkibinə lavanda vurulur. Sakitləşdirici xüsusiyyəti olan bu qoxu insanları özünə maqnit kimi çəkir. Qan dövranını sürətləndirib rahat nəfəs almağızı təmin edən lavanda qoxusu qan təzyiqini aşağı salır. Lavanda qoxusu həmçinin, miqren və əzələ ağrılarına da yaxşı təsir edir. Bir neçə damcı lavanda yağını başın ya da əzələlərin ağrıyan bölgələrinə çəkin. Evdə bir güldanda lavanda çiçəkləri saxlamaq da yaxşı təsir edə bilər.

Çobanyastığı

Sakitləşdirici təsiri olan çobanyastığı stressi azaldır. Əzələlərin boşalmasını və özünüzü daha yaxşı hiss etməyizi təmin edir. Çobanyastığı qoxusu ürək bulanmanı aradan qaldırır. Çobanyastığı çayı da stressdən xilas olmaq üçün faydalıdır.

Kakos

Bu meyvənin qoxusu ürək döyüntüsünü yavaşladır. Sakitləşməyinizə və rahatlaşmağınıza kömək edir.

Tünd şokolad

Kakao nisbəti yüksək olan tünd şokolad antioksidant anbarı hesab olunur. Ürək sağlamlığını qoruyan bu qidanın qoxusu beyindəki qəbulediciləri qıcıqlandıraraq özünüzü daha yaxşı hiss etməyinizə və sakitləşməyinizə kömək olur. Stressli məqamlarda bir az tünd şokolad yeyin. Ancaq yemədən öncə 2-3 dəqiqə qoxulamağı unutmayın.

Tərxun

Stressli olduğunuz anlarda tərxun bitkisinin qoxusuyla özünüzü yaxşı hiss edə bilərsiniz. Tərxun bədəndəki stress hormonu olan kortizolun ifraz olunmasının qarşısını alır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm