Yeni ilə özəl təbii ev ətrini özünüz hazırlayın
Bizi izləyin

Tabloid.az

Yeni ilə özəl təbii ev ətrini özünüz hazırlayın

Otaq üçün parfumu özünüz hazırlayın

Yeni ilə özəl ətri özünüz də hazırlaya bilərsiniz. Həm də çox praktik bir üsulla!

Materiallar:

2 portağal

3 naringi

1 stəkan zoğal

3 çubuq darçın

1 qaşıq qərənfil

1 çay qaşığı vanil

1 kiçik şam budağı

4 stəkan su

Hazırlanması:

Portağal və naringiləri yumru dilimlər halında doğrayın. Bütün ərzaqları geniş qazana qoyun və yavaş odda bir azca qaynayana qədər bişirin. Bütün qoxu evinizi örtəcək və Yeni il ruhunu evinizə gətirəcək!

Suyunu süzüb boş şüşəyə də tökə bilərsiniz. Evin qoxusunu dəyişmək istədiyiniz zaman bu ətirdən sıxa bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm