Yeni il gecəsi müğənniləri səhnəyə çıxmağa nə vadar edir?
Bizi izləyin

Tabloid.az

Yeni il gecəsi müğənniləri səhnəyə çıxmağa nə vadar edir?

Məşhurlar Yeni il gecə üçün planlarını Tabloid.az-da

2014-cü ilin son saatlarını yaşayırıq. Artıq bir aydır ki, son saniyəyə köklənmişik. Yeni ili harada, kiminlə, necə qeyd edəcəyimizi çox düşünmüşük. Yeni il gecəsi nə edəcəyini, kiminlə harada olacağını artıq planlaşdıranlar da var. Azərbaycan daxilində, yoxsa ölkədən kənarda, ailəsi ilə birgə, yoxsa evdən qıraqda... Bir sözlə hamının bir bayram planı var. Bəs, məşhurların?

İncəsənət adamları arasında artıq istirahəti başlayanlar, işdən imtina edib evində Yeni ili gözləyənlər, işdən baş qaldırıb ailəsini düşünməyə vaxt tapmayanlar, hətta ailəsini özü ilə sürükləyənlərə də rast gəldik. Bu da onlar. Tabloid.az-ın siyahısında olan incəsənət adamları arasında hər cür plan tutan var:

"Bayramları ailəmlə bir yerdə keçirirəm"

Tanınmış aktyor Qorxmaz Əlili Yeni il bayramında evində olacaq. Bayramları ailəsi ilə birgə keçirməyə üstünlük verdiyini deyən aktyor hər hansı xarici ölkəyə getməyi də planlaşdırmır: “Yeni il bayramı mənim üçün ən yaxşı bayramlardan biridir. Baxmayaraq ki, son vaxtlar bu bayramla bağlı hərə bir söz deyir. Mən yeni il bayramının rus bayramı, xristian bayramı olmasıyla bağlı deyilənlərlə razılaşmıram. Bayram günü uşaqları sevindirməyə Şaxta baba gəlir, Qar qız gəlir, Məryəm gəlmir ki. Şam ağacı rusların məhəlləsində bitmir ki. Qış məgər yalnız ruslara gəlir? Doğrusu, məndən olsa, deyərdm ki, keşkə hər fəslin gəlişi bayram olardı. Uşaqlarımız bayram edir, sevinir. Nəyi pisdir ki. Mən həmişə bayramı ailəmlə keçirmişəm. Xaricə dəvət də olunmuşam, ancaq imtina eləmişəm. Bayramları evimdə olmağı, ailəmlə birgə əylənməyi sevirəm”.

Ye, gəz, yat

Hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova əyləncəli bayram tətili yaşamaq niyyətindədir. Bu məqsədlə də o, artıq Hindistandadır. İki ildir ki, yeni ili məhz Hindistanda qarşılayan rəqqasə orada tək olmayacaq: “Hindistana gəzməyə, istirahət etməyə gedirəm. Bu, İlhamə Qasımlı ilə Hindistanda keçirəcəyimiz ikinci yeni ilimizdir. İlhaməylə birlikdə Mumbaydan Quaya gedəcəyik. İnandırım sizi, mənim üçün ən böyük istirahət yeyib yatmaqdır. Lap kökəlmə ilə nəticələnsə də, mən bu istirahətə əsl istirahət deyirəm”.

Manana səhnədə olacaq

Müğənni onun üçün ən gözəl bayramın səhnədə keçdiyini deyib:

“Hər dəfə olduğu kimi, bu il də gecə saat 12-də səhnədə olacağam. Müğənni üçün bundan gözəl nə ola bilər ki? İnsanlara pozitiv enerji bəxş edirsən. Bütün ilin pozitiv keçir. Bayram vaxtı harasa istirahətə getməyəcəm. Çünki işlərim çoxdur. Studiyada mahnılar yazdırmalıyam”.

Mətanət İsgəndərli gecəni restoranlarda keçirəcək

Əməkdar artist Mətanət İsgəndərli bayram axşamlarında işləyəcək. Onun bir neçə restoranda çıxışları nəzərdə tutulub.

Xatirə tərəddüd edir: ailəsi, yoxsa pərəstişkarları?

Müğənni Xatirə İslam bayram axşamlarında harada olacağını hələ bilmir. Tabloid.az-ın sorğusunun cavabında əvvəlcə “Evdə, başqa harda olacam?”, - desə də, sonradan qərarını dəyişdi: “İndi evdə olacağımı deyərəm, sonradan başqa iş çıxar. Deyərlər ki, evdə olacağını deyirdi, ancaq yoxdu. Harda olacağımı bilmək istəyirsinizsə, ayın 31-də zəng vurun. Kiminlə, harada olacağımı bilmirəm”.

Bir axşam, bir eksklüziv çıxış...

Natəvan Həbibi yalniz bayram gecəsi eksklüziv çıxış edəcək. Şou proqramlara qatılmayan müğənni cəmi bir gecə, bir restoranda olacaq. Gecə saat 12-də.

Gecə iş başında

Müğənni Ədalət Şükürov da bayram axşamlarında evdə olmayacaq. Ümumiyyətlə, ilin dəyişdiyi anlarda müğənninin evində heç kim olmayacaq. Axşam saat 10-dan işə başlayan Ədalət Şükürovun proqramı gecə saat 3-də bitəcək. Bu müddət ərzində onun da ailəsi məkanlardan birində şənlənəcək və proqramı bitdikdən sonra Ədalət Şükürov da ailəsinə qatılacaq: “İşim saat 10-da başlayır. Yeni ili ailəmlə evdə qarşılamaq alınmır. Biz bunu normal qarşılayırıq. Həmin gecə ailəm də evdə olmayacaq. Onlar məkanlardan birində əylənəcək. Mən gecə işim qurtarandan sonra onlara qatılacağam. Bizim uşaqlarımız böyükdür. Artıq ailə ilə iş biri-birinə mane olmur”.

Gecə 12-dən sonra başlayan iş

Pişik Günel bayram axşamlarında həm ailəsinə, həm də pərəstişkarlarına vaxt ayıracaq: “Saat 12-yə kimi ailəmlə birlikdə olacağam. Bayramı ailəmlə, əzizlərimlə birgə qeyd edəcəyəm. Gecə 12-dən sonra işə restoranların şou proqramlarında səhnəyə çıxacağam.

İradə İbrahimova

İradə İbrahimova:“Bildiyiniz kimi Bakıdayam qızımla birlikdə gəldim. Həyat yoldaşım işinə gorə bayrama yanımızda olacaq. 2014 mənim üçün gərgin il oldu. Çalışdım, amma bəhrəsinin ilin sonuna doğru görməyə başladım. Əziyyətim çox oldu. 2015-də məni sevən və son illərdə fasilələrlə çixmağıma baxmayaraq, yolumu gözləyənlərə vədlərim çoxdu. Artıq dayanmayacam, “Seneler” klipinin ardınca “Olmamalıydı” klipi təqdim ediləcək. Daha sonra yeni mahnılar, fotosessiya və s.

Bayramı evdə keçirməyi düşünmüşük. Əzizlərimə hədiyyələrm olacaq. Amma qızım İpək hədiyyəsini öncədən alıb. Hamı onu istədiyi oyuncaqlarla təbri kedib. Eynilə mən”.


Ayan Babakişiyeva:


Ayan Babakişiyeva: Bu il mənim üçün çox gözəl keçdi. Ən əsası ana oldum, Selenam dünyaya gəldi, analıq hissini yaşadım və çox xoşbəxtəm. “Miss Azərbaycan-2014” gözəllik yarışmasında ilk dəfə münsif kürsüsündə oturdum. İşıq üzü görən mahnılarım sevildi, bəyənildi. Mustafa Kamal Atatürkün sevimli mahnısı “Atabarı” ifa etdim. Musiqisi Elçin İmanova, sözləri Zemfira Əlişqızına məxsus olan “Qorxuram gecələrdən”, . Xanım İsmayılqızının yazdığı “Sevirəm”, Tural Bayraməliyevin “Səndən sonra” mahnılarını təqdim etdim və sevildi. 2015-ci il həm özəl, həm də yaradıcılıq həyatımda uğur qazanacağıma inanıram”.

Vüsalə Rəcova:



Vüsalə Rəcova:"2014-cü ili şəxsi həyatımda və yaradıcılığımda ən uğurlu il hesab edirəm. Uzun illərdi sənətdəyəm. Amma ən gözəl işlərim və bu ilin payına düşdü, dinləyicilər tərəfindən sevildim və qəbul olundum. İlin sonuna doğru iki klipim, mahnılarm təqdim edildi. Hazırda İstanbuldayam, ailə üzvlərimlə gəlmişəm. Bayramı burda qeyd edəcəm. Maraqlı bayram axşamə düçünmüşük. Hədiyyələr də gözləyirəm. Amma sürpriz olsun deyə, mahiyyətin açıqlamırlar.

Humay Qədimova:


Humay Qədimova:2014 mənim üçün elə ürəkaçan il olmadı. Anamı itirdim. Hələ də o itginin təsiri altındayam. Dostlarla görüşürəm, deyib-gülürəm. Amma hər zaman valideynlərimin yoxluğunu hiss edirəm. Yaradıcılıgım isə uğurlarım çox oldu. Əsas solo konserti vurğulamaq istəyirəm. Daha sonra klip, səyahətlərim və s. 2015-dən çox şeylər gözləyirm. Ailəmdə və sənətimdə firavanlıq və uğurlarımın davamın gözləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm