Nisə Qasımova ailə qurmamasının səbəbini açıqladı
Bizi izləyin

Tabloid.az

Nisə Qasımova ailə qurmamasının səbəbini açıqladı

Xalq artisti Nisə Qasımova şəxsi həyatından danışıb.

Publika.az-ın məlumatına görə, müğənni indiyə qədər ailə qurmamasının səbəblərini açıqlayıb:

“Kim istəməz ki, ailəsi olmasın, dünyaya övlad gətirməsin? Mənliyinə, kişiliyinə əmin olan bir insanla ailə qursaydım, desəydi ki, sənəti at, ailəni tut, təbii ki, tərəddüd edərdim. Ürəyim yumşalardı. Amma neyləyim ki, belə olmadı. Buna görə də sənətimlə vidalaşmadım və ailə də qurmadım. Amma elə analar var ki, dünyaya gətirdiyi övladından imtina edir, yaxud bala ananın üzünü ağ eləmir. Bəlkə də bu, bir təsəllidir, özümə bu sözlərlə təsəlli verirəm, amma həqiqətdir bu”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm