Tabloid.az
Qara nöqtələrdən xilas edən 3 maska
Qara nöqtələr bir çox xanımı narahat edir. Xüsusilə burun bölgəsində müşahidə olunan qara nöqtələrdən xilas olmaq elə də çətin deyil.
Tabloid.az daha gözəl görünmək istəyən xanımları qara nöqtələrdən xilas edəcək möcüzəvi maskanı təqdim edir:
Qara nöqtələr və sızanaqlar dərinizdəki məsamələrin genişlənməsi nəticəsində meydana gəlir. Odur ki, ilk növbədə məsamələri kiçiltmək lazımdır. Bunun üçün aşağıdakı maskaları sınaqdan keçirin!
Tərkibi:
1 qaşıq qatıq
1 qaşıq qarğıdalı unu
1 ədəd rəndələnmiş limonun qabığı
Hazırlanması və tətbiqi:
Qatığın içərisinə limon qabığını və qarğıdalı ununu əlavə edin və qarışdırın. Daha sonra burun bölgənizə çəkərək 15 dəqiqə gözləyin. İlıq su ilə mesaj edərək təmizləyin.
Yulaf unu maskası
Bir şorba qaşığı yulaf ununa bir az su qataraq bişirin. Əldə etdiyiniz duru xəmiri içərisinə bir çay qaşığı badam unu qatıb yaxşıca qarışdırın. Bu qarışımla burun bölgəsinə masaj edin. Bu maska hər gün tətbiq oluna bilər.
Limon və yumurta maskası
Yarım limon suyuna bir ədəd yumurtanın ağını qatıb çırpın. 5 dəqiqə ocağın üzərinə qoyaraq qızdırın. Bir müddət soyumasını gözlədikdən sonra soyuducuya qoyun. Bu qarışımla burun bölgənizə və qara nöqtələrin müşahidə olunduğu digər bölgələrə masaj edin. İlıq su ilə təmizləyin.
Tabloid.az
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi