Ayaz Qasımov kimləri tərbiyəsiz adlandırdı? - Video
Bizi izləyin

Tabloid.az

Ayaz Qasımov kimləri tərbiyəsiz adlandırdı? - Video

“Tamaşaçıların onlara olan sevgisinin bəlkə də bir faizi sənə yoxdur, ay özünü elə aparan. Özündən böyüyə hörmətlə yanaş da!”.

Gənc müğənni Ayaz Qasımovu da özündən çıxaranlar tapılıb. Tabloid.az xəbər verir ki, “Azəri Star” mahnı yarışmasından məşhurlaşan müğənni “Onlar” verilişinə açıqlamasında sənətə yeni gələn ifaçıları qınaq obyektinə çevirib. O, yeni ifaçıları tərbiyəsizlikdə ittiham edib. Müğənni ad çəkməsə də, üstüörtülü formada sözlərini ünvana çatdırıb.

“Heç kəs gənc qalmır. Yaşlanırsan. Böyüyə, kiçiyə sayğı itib. Gəlirlər, yanından düz keçirlər. Tamaşaçıların onlara olan sevgisinin bəlkə də bir faizi sənə yoxdur, ay özünü elə aparan. Özündən böyüyə hörmətlə yanaş da!”.

Bu il 30 illik yubileyini qeyd edəcək müğənni solo konsert verəcəyini də əlavə edib.

Tabloid.az həmin görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm