• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kalori yandıran əyləncəli məşq - Video

Kalori yandıran əyləncəli məşq - Video

Xanımların çoxu incə və gözəl olmaq istəyir. Bu nəticəni isə əziyyət çəkmədən əldə etmək istəyirlər. Ancaq unudurlar ki, gözəllik zəhmət və əziyyət tələb edir.

Tənbəlliyin xanımları idmandan, dolayısı ilə gözəllikdən uzaqlaşdırdığını nəzərə alaraq, Tabloid.az əyləncəli idman növünü təklif edir.

Arıqlamağın ən əyləncəli yolu iplə tullanmaqdır. İplə tullanmaq ən çox kalori yandıran (700-800 kalori) idman növüdür. Qeyd edək ki, iplə tullanmaq cazibədar model Adriana Limanın da sevimli məşğuliyyətləri arasındadır. Özünüzü bu idmana öyrəşdirdikdən sonra sayını hər gün yavaş-yavaş, tədricən artıra bilərsiniz.

Gündə 20-30 dəqiqə iplə tullanmağın nəticələri çox qısa müddət ərzində özünü göstərəcək. Belə ki, bir müddət sonra nəinki arıqladığınızı. hətta dəri sallanmalarının da azaldığını müşahidə edəcəksiniz.

Qeyd edək ki, iplə tullanma zamanı daha çox kalori yandırma bədəndəki bir çox əzələ qrupunun eyni anda çalışması ilə izah olunur.

Peşəkar boksçular da idman zalında tərləmək üçün saatlarla iplə tullanırlar. Çünki iplə tullanmaq, sadəcə, dözümlülüyü artırmır, eyni zamanda ürək sağlamlığını da qoruyur.

İplə tullanmağın ən önəmli faydalarından biri də sadə olmasıdır. İpi idman avadanlıqları satan hər hansı bir mağazadan çox ucuz qiymətə əldə edə bilərsiniz. Tullanma ipləri, adətən, dəri və ya parçadan hazırlanır. Portativ və ucuzdur. Bu da məşqlərdən qaçmaq şansını azaldır, çünki onu hər yerə aparmaq və hər yerdə etmək olar. İplə tullanmağın üsulu olduqca sadədir, bu səbəbdən öyrənmək də asandır.

Sadə olsa da, iplə tullanma idman növünün bir çox faydası var. Bu səbəblə idman həvəskarları arasında getdikcə populyarlaşır. Çevikliyi artırır, ürəyi qoruyur. Bu xüsusiyyətlər, əsasən, atletlər və idmançılar ilə əlaqəlidir. Ancaq çox da məntiqli deyil. Çünki oturaq işlə çalışanların bu idman növünə daha çox ehtiyacı var.

Baldırlar, qollar, çiyinlər, hətta qarın əzələlərini gücləndirir. Arteriyaları, damarları və ürəyi əhatə edən ürək damar sisteminin sağlamlığını qoruyur. Beləcə ürək xəstəliklərindən qorunmağı təmin edir. Amerika Ürək Assosiasiyası iplə tullanmağın bu faydalarını qəbul edir.

İplə tullanmaq sümüklər üçün də faydalıdır. Sümükləri möhkəmləndirir, sümük çatlamasından (osteoporoz) qoruyur. İplə tullanmaq bədəndəki tullantı və toksinləri atmaq üçün əzələlərin genişlənməsi və yığılması funksiyasını yerinə yetirən limfa sistemi üçün də faydalıdır.

İplə tullanma texnikaları

İplə normal tullanma texnikası

İplə çarpaz tullanma texnikası

İplə iki ayağı birdən istifadə edərək templi tullanma texnikası

Çəyirtkə kimi iplə tullanma texnikası

İplə tək ayaqla tullanma texnikası

Tərs tullanma texnikası

Cüt ayaqla tullanma texnikası

Xəbər lenti

DAHA ÇOX XƏBƏR