• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Özümlə bacarmadım, evli adama aşiq oldum” - Fotolar

“Özümlə bacarmadım, evli adama aşiq oldum” - Fotolar

Türkiyənin cazibədar aktrisalarından biri də Ezgi Moladır. 32 yaşlı aktrisa bu günə kimi bir çox filmdə rol almasına və mükafatlara layiq görülməsinə baxmayaraq, gündəmdə olmayıb. Bir-iki dəfə şəxsi həyatı ilə bağlı edilən dedi-qodular onu gündəmə gətirib. Məsələn, 2 il öncə Ezginin "Patron xoşbəxt son istəyir” adlı filmdəki tərəf müqabili Tolqa Çeviklə eşq yaşadığı iddia edilmişdi. Xatırladım ki, Tolqa Çevik məşhur yumor ustası Cem Yılmazın bacısı Özgə ilə evlidir və iki uşaq atasıdır.

İddialara görə, aktrisa həmin vaxt rəfiqlərindən birinə "Bilirəm, ki səhv edirəm. Özümlə bacara bilmədim, evli bir adama aşiq oldum. Nə edəcəyimi bilmirəm” deyib.

Ancaq daha sonra həm Ezgi, həm də də Tolqa eşq iddialarını təkzib etdilər.

Son günlər isə Ezgi arıqladığı üçün yenidən diqqət mərkəzindədir. Uşaqlığından bəri həmişə kök, toppuş olduğunu deyən aktrisa bir anda arıqlayaraq 36 bədənə enib.

Təbii ki, Ezginin arıqlayıb daha da gözəlləşməsi hamının diqqətini cəlb etdi. Aktrisa ötən həftə “Oriflame” markasının yeni siması seçildi.

Gözəl aktrisanın reklam siması seçilməsinin əsas səbəbinin iri gözləri olduğu deyilir. Çünki reklam kampaniyasının şüarı “İri gözlər dəbdən düşmür” cümləsidir. Ezginin bu reklamdan 400 min dollar gəlir əldə etdiyi bildirilir.

Gözəl aktrisa “Sabah bazar” qəzetinə müsahibə verib.

Tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində həmin müsahibəni təqdim edirik:

- Necə ailədə böyümüsən?

- Biznesmen bir ata ilə ev xanımı bir ananın uşağıyam. Anam güləyən, şən qadındır. Sözün düzünü üzə deyəndir. Gecə saat 3-də çılğın bir fikir ağlıma gəlsə və işin ucunda əylənmək varsa, anam başqa analar kimi “yıxıl yat, bu saatda neyləyirsən?” deməz, mənə qoşular.

Qardaşım da çox zarafatcıldır.

- Aktrisa olmağa nə vaxt qərar verdin?

- Maddi vəziyyətimiz çətin idi. Babam rəhmətə getmişdi, başqa itkilərimiz də olmuşdu. Atam psixologiyamın pozulacağından qorxdu və məni gitara kursuna yazdırmaq qərarına gəldi. Müjdat Gezenin gitara kursuna yazılmaq üçün getdim, amma teatr kursuna yazıldım.

- Səni reklamlarda artıq fərqli görməyə başlamışıq. Bir vaxtlar liftə daxil ola bilməyən qızı canlandırmışdın. İndi isə ən məşhur kosmetika brendlərindən birinin siması seçilmisən.

- Bəli, 2002-ci ildə kök olduğum üçün liftə girə bilməyən qızı canlandırmışdım. Onda tələbə idim, ayın ortasına çatanda əlimdəki pul qurtarırdı. Həmin gün reklam çəkilişləri üçün aktrisa axtaran agentliyə gedərkən başıma gəlməyən qalmadı. Yağış yağdı, saçım islandı, makiyajım axdı. Nəhayət oraya çatanda, dedilər ki, “test çəkilişləri başa çatıb, artıq kasetləri göndərmişik”. Mən də xəyal qırıqlığına uğradım və gecikməyimin öz səhvim olduğunu qəbul etdim. Yaxşı ki, oradakı səlahiyyətlilərdən biri mənə şans vermək istədi və mənim də sınaq çəkilişim baş tutdu. Axırıncı müraciət edən mən idim və məni seçdilər.

- Haradan haraya…

- Bəli, indi xanımları gözəlləşdirən brendin simasıyam. Çox xoşuma gəldi. Hansı qadının xoşuna gəlməz? Hər qadın bəyənilmək istəyər. Mən də işimlə yanaşı, xarici görkəmimlə də diqqət çəkəndə xoşbəxt oluram. Həmişə mənə deyirdilər ki, "Üzün çox gözəldir amma…” və ya "Sən çox yaxşı aktrisasan, amma...". Bu cümlələr ürəyimi ağrıdırdı.

- Bu “amma”lar kök olmağınla əlaqəli idi?

- Hə, köklük hər yerdə mənə problem olurdu. Düzdür, bir-iki dəfə fotolarımın altına "Yaxşı aktrisa olduqdan sonra ideal bədən ölçüsünün heç də əhəmiyyətli olmadığını sübut edən gənc aktrisa” yazmışdılar. Bu şərhlər məni o qədər sevindirmişdi ki, o qədər xoşbəxt olmuşdum ki… O vaxtlar xeyli kök idim, indikindən 15-16 kilo kök olardım. Köklüyümü dərd eləməyə başlamışdım.

- Niyə köklüyündən narahat olmağa başladın?

- Çünki həmişə kamera önündəyəm, daha yaxşı görünməli olduğumu düşündüm. Həm də sağlamlıqla bağlı problemlər yaşamağa başladım. Bəzən ayaqqabımı bağlayarkən belim ağrayırdı. Mən həmişə kök, toppuş olmuşam. Heç vaxt arıq görünməyin necə bir hiss olduğunu bilməmişəm. Elə doğulub, elə böyüdüyüm üçün köklüyü problemə çevirməmişəm. Yəni bir anda kökəlməmişdim, bu mənim normal halım idi. Amma sağlamlıq problemləri arıqlamaq haqqında düşünməyimə vəsilə oldu.

- Deməli yeyib-içən ailədənsən?

- Ailəm yemək yeməyi çox sevir. Amma türk millətindən olub, yemək yeməyi sevməyən onsuz da yoxdur.

- Yemək insana xoşbəxtlik verir.

- Əlbəttə, elədir. Camal Süreyya deyib ki, "Səhər yeməyi ilə xoşbəxtliyin mütləq bir əlaqəsi olmalıdır”. Pendir, zeytun, çörək - onları bütün gün yeyə bilərəm. Huşumu itirirəm... Bax, yemək deyən kimi gözlərim parıldayır. Məni dayandır (gülür).

- Yemək yeməyi unut. Ən yaxşısı seksual və gözəl görünmək istəyən qadınlara məsləhətlər ver.

- Əgər inanırlarsa, bacaracaqlar. Tək məsləhətim budur ki, hər şeyə rəğmən inanmaya davam eləsinlər.

- Lisey illərində toppuş olmağın səni narahat edirdi?

- Liseydə uşaqlar çox mərhəmətsiz olurlar. Belə baxanda xəyal qırığı ilə dolu bir gənclik keçirdiyimi görürəm. Təbii ki, onda kök olmaq məni narahat edirdi. Oğlan dostlarım var idi, onlar futbol oynayanda qapıçı olurdum. Heç kim qapıçı olmadığı üçün məndən xahiş edirdilər. Evə qayıdanda kartof qızartması ilə kotletləri ləzzətlə yeyirdim. Deyəsən, həmişə yeməklərə qarşı iradəm zəif olub.

- Bəs arıqlamağın həyatındakı insanlara necə təsir etdi?

- Bəzən təhqir kimi qəbul etdiyim sözlər eşidirəm. Deyirlər ki, "Sən əvvəl fərqli idin, indi gör nə hala gəlmisən. Biz səni ətli, budlu, toppuş sevirdik". Mən də onlara başa salmağa çalışıram ki, mən bunu model kimi görünmək üçün etmirəm. Daha sağlam olmaq və özümü daha yaxşı hiss etmək üçün edirəm.

- Pərəstişkarlarına çox arıq olmayacağına dair söz verə bilərsən.

- Söz verə bilərəm. Mənim hədəfim çox arıq olmaq deyil, daş kimi olmaqdır. Həm zehni baxımdan, həm psixoloji baxımdan, həm də görkəmimlə daş kimi olmaq istəyirəm. İstəyirəm ki, mənə “Necəsən?" sualı veriləndə "Daş kimiyəm" deyə bilim. Axırıncı dəfə rejissorlardan biri mənə dedi ki, "Üzündə makiyaj olmayanda belə kameranı sənin gözünün dibinə qədər yaxınlaşdırıb çəkə bilirik. Heç bir qüsurun yoxdur”. Onda çox sevindim və Allaha təşəkkür etdim.

- Arıqladıqdan sonra həyatında başqa nələr dəyişdi?

- Arıqlasam da yenə türk qadınlarına məxsus fiquram var. Gənc bir qadınam, daha gözəl görünmək və xatırlanmaq istəyirəm. Yılmaz Ərdoğan məni 2004-cü ildən bəri tanıyır. Həmişə arıqlamağımı istəyirdi, deyirdi ki, belə olmaz arıqlamalısan. İndi görəndə deyir ki, afərin. Belə reaksiyalar almaq əhval-ruhiyyəmi yaxşı mənada dəyişir.

- Sən həmişə yaxşı aktrisa olmusan. Ancaq baş rollarda arıq və gözəl qadın görmək istəyirlər. Səncə bu ədalətlidir?

- Məncə, ədalətli deyil. Çünki küçədəki bütün qadınlar ideal bədən ölçüsündə deyillər. Mənim fikrimcə, insanlar ünsiyyət qura biləcəkləri aktyor və aktrisaları daha çox bəyənirlər. Hər ölkənin qadınlarının o bölgənin coğrafiyasına xas fiqurası olur. Mən bizim torpaqların insanlarına xitab edən, onların bəyənəcəkləri fiquraya sahibəm. Bəzi aktrisalar və ya aktyorlar özlərini xalqdan uzaqlaşdırırlar, məsafəli davranırlar. Mən isə izləyicilərimlə çox səmimiyəm. Bəzən yolda məni görəndə saxlayıb söhbət edirlər, o qədər səmimi davranırlar ki, elə bilirəm qohumumdu və ya adını unutduğum bir dostumdu. Halbuki məni sadəcə televiziya ekranında görüblər.

- Qoç bürcüsən... Pulunu necə idarə edirsən?

- Xəsis deyiləm. Həyatın hər sahəsində səxavətli, əliaçıq insanları sevirəm - sevgidə də, sözdə də, əməldə də…

- Eşq məsələlərində nə yenilik var?

- Kimdə yenilik var ki, məndə də olsun (gülür). Hazırda həyatımda heç kəs yoxdur, olsaydı gizlətməzdim.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR